Prezidentin köməkçisindən terror xəbərdarlığı: "Ermənistan sülhlə bağlı bütün imkanları məhv etmək siyasətini yürüdür"
03-11-2020 [15:21]
“Ermənistan sülhə hazır olduğunu bəyan etsə də, sülhlə bağlı bütün imkanları məhv etmək siyasətini yürüdür”.
Bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, Ermənistan baş naziri bir müddət əvvəl münaqişənin sülh yolu ilə həlli olmadığını bəyan edib: “Dünyadakı ermənilərə müharibədə iştirak çağırışları edilir. Bu, ATƏT-in Minsk Qrupunun səylərinə, cəhdlərinə böyük zərbədir. Prezident İlham Əliyev müsahibələrində Azərbaycanın münaqişənin sülh, hərbi-diplomatik yolla həllinə hazır olduğunu bəyan edib. Münaqişə o vaxt sülh yolu ilə həll oluna bilər ki, qarşı tərəf konstruktiv olsun, vədlərinə sadiq qalsın. Azərbaycanın mülki obyektlərinə hücumlar davam etməkdədir”.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Gəncəyə iki dəfə ballistik raket atılıb, Bərdəyə kasetli raketlərlə zərbə endirilib: “Qəsdən kasetli silahlardan istifadə edirlər. Xüsusən Bərdəyə hücumda gördük ki, Ermənistan kasetli silahlardan istifadə edərək kütləvi ölümə nail olmaq istəyir. Son dövrlər Ermənistan fosforlu mərmilərdən istifadə etməyə başlayıb. BMT-nin İnsan Hüquqları üzrə ali komissarının bəyanatında Bərdəyə qarşı kasetli silahdan istifadə edildiyi qeyd edilib. Amma onun bəyanatında Gəncənin ballistik raketlə vurulması qeyd olunmayıb. Təəssüf ki, BMT komissarının bəyanatında Ermənistanın saxta videosuna da istinad olunub. Bununla bağlı mövqeyimiz BMT-nin Azərbaycandakı ofisinə də çatdırılacaq”.
H. Hacıyev nəzərə çatdırıb ki, terroru dəstəkləyən dövlətlər döyüşdə uduzanda assimmetrik və hibrid metodlardan istifadə edilir: “Ermənistanın da belə niyyəti var. Bununla əlaqədar ölkədəki vətəndaşlarımıza və xaricdəki soydaşlarımıza ehtiyatlı olmaq tövsiyə edilib. ASALA və digər terror təşkilatlarının xətti ilə terrora cəhdlər ola bilər”/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi