Azərbaycan QHT-ləri beynəlxalq media qurumlarına müraciət edib
02-11-2020 [16:25]
Azərbaycan QHT-ləri Ermənistanın Azərbaycana hərbi təcavüzünü obyektiv işıqlandıran beynəlxalq media qurumlarına və jurnalistlərə təzyiq göstərməsi ilə bağlı Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsinə, Beynəlxalq Mətbuat İnstititutuna, Jurnalistləri Müdafiə Komitəsinə, Sərhədsiz Reportyorlar Təşkilatına, Beynəlxalq Jurnalistlər Federasiyasına, Avropa Jurnalistlər Federasiyasına, Beynəlxalq Xəbər Təhlükəsizliyi İnstitutuna, Beynəlxalq Media Dəstəyi Təşkilatına və “Article 19” Təşkilatına müraciət edib.
Mia.az xəbər verir ki, müraciətdə deyilir:
“Məlumat üçün bildiririk ki, 27 sentyabr-31 oktyabr 2020-ci il tarixlərində döyüş zonasından uzaqda yerləşən Azərbaycanın şəhər və rayonlarına Ermənistanın etdiyi ballistik və qadağan olunmuş kasetli raket hücumları nəticəsində 91 mülki vətəndaş öldürülüb, 404 şəxs isə yaralanıb. Ermənistanın törətdiyi belə hərbi cinayətləri dünya mətbuatı geniş işıqlandırılıb.
Lakin erməni diasporu Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqətləri işıqlandıran, obyektiv məlumat yayan, hətta neytral mövqe nümayiş etdirən, Ermənistanın və erməni diasporunun maraqlarına cavab verməyən media orqanlarını, jurnalistləri, ictimai fəalları hədəfə götürür, onlara ciddi təzyiqlər göstərirlər. Erməni lobbisi azad sözü basqı altında saxlamağa çalışaraq münaqişə ilə bağlı obyektiv və neytral mövqe göstərən jurnalistləri ölümlə hədələyir, təhdid və təhqir edir.
Belə nümunələrdən biri Fransanın TF1 kanalının əməkdaşı xanım Liseron Budulun hazırladığı reportajla bağlıdır. Belə ki, xanım Budul Azərbaycana səfər edərək Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrində Ermənistanın mülki əhalimizi artilleriya və raket atəşinə tutmasının şahidi olmuş və bu haqda obyektiv reportaj hazırlamışdır. Reportaj yayımlandıqdan sonra Fransadakı erməni lobbisinin üzvləri xanım Liseron Budula və TF1 kanalının qarşı total hücum və təzyiqlər etmiş və jutnalisti ölümlə hədələmişlər. Nəticədə TF1 həmin reportajın yayımını dayandırmaq və onu sistemdən silmək məcburiyyətində qalıb.
“NY Times” qəzetinin İstanbuldakı müxbiri Karlotta Qallın də ermənilərin eyni şəkildə mənəvi və siyasi terroruna məruz qalmışdır. Belə ki, qəzetin redaksiyası və jurnalist Ermənistanın Azərbaycanın dinc əhalisini ballistik raketlə qətlə yetirməsini işıqlandırdığına görə ermənilərin ciddi təzyiqi və təhdidi ilə üzləşib. Bizi narahat edən hallardan biri də budur ki, Fransanın “Şarl Ebdo” jurnalında dünyanın üç səmavi dinindən birinin peyğəmbərinin karikatusuna söz azadlığı kimi yanaşılması siyasəti fonunda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı balanslı reportaja erməni lobbisinin açıq təhdidlərinin artması və buna adekvat reaksiyanın verilməməsi bizdə dərin təəssüf və təəccüb hissi doğurur.
Erməni lobbisinin azad sözə, ifadə azadlığına, jurnalistikanın obyektivlik, tərəfsizlik və qərəzsizlik prinsiplərinə qarşı açıq müharibə elan etməsi bizdə böyük narahatlıq yaradıb. Hesab edirik ki, erməni lobbisinin bütün dünyada müstəqil medianı susdurmaq cəhdləri ilk növbədə beynəlxalq media institutları kimi sizi narahat etməli və bu qanunsuzluğa açıq etirazınızı bildirməlisiniz. Azərbaycanın jurnalist və media hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərən QHT-lər olaraq sizdən baş verən bu kimi hadisələrə etiraz etməyə və erməni lobbisinin azad sözü susdurmaq cəhdinin qarşısını almağa çağırırıq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi