Binəli Yıldırım Bakıya gəldi: "Bu savaşda can Azərbaycan bir dastan yazır" - YAP-da görüş + FOTOLAR
02-11-2020 [11:14]
Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım Azərbaycana gəlib.
Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən Mia.az-a bildirilib ki, Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Türkiyə Cümhuriyyətinin sabiq Baş naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binəli Yıldırımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, AK Parti ilə ittifaqda olan Milliyətçi Hərəkat Partiyasının TBMM-də fraksiyasının sədri Celal Adan, Binəli Yıldırımın oğlu Erkam Yıldırım və Bozok Universitetinin rektoru, professor Kürşad Zorlu iştirak ediblər.
Qonaqları salamlayan Əli Əhmədov bu səfərdən məmnunluğunu bildirərək onun iki ölkə arasında yüksək əlaqələrin nümunəsi kimi dəyərləndirib. Ümummilli Liderimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan Əli Əhmədov qeyd edib ki, bu gün bütün dünya Azərbaycan-Türkiyə qardaşlığının, tarixi dostluğunun bir daha şahidi olur. Xüsusilə, indiki dövrdə Türkiyənin Azərbaycanın yanında olması, haqq savaşımızı dəstəkləməsi tarixdən gələn qardaşlığımızın və dostluğumuzun ən bariz ifadəsidir.
YAP Sədrinin müavini söyləyib ki, bütün dünya bu gün haqq mübarizəsi aparan Azərbaycanın yanında Türkiyə kimi böyük dövlətin olduğunu görür və bu fakt həmçinin dünyaya bir mesajdır: “Türkiyə Prezidentinin, dövlət rəsmilərinin, bütün türk cəmiyyətinin bizə verdiyi mənəvi və siyasi dəstək Azərbaycanın gücünü və qüdrətini daha da artırır. Hesab edirəm ki, sizin bu səfəriniz də Azərbaycan-Türkiyə qardaşlığının bariz ifadəsidirsə, digər tərəfdən Türkiyənin 27 sentyabrdan indiyə kimi ölkəmizə ifadə etdiyi dəstəyin əyani göstəricisidir. Buna görə Azərbaycan xalqı bu dəstəyi çox yüksək qiymətləndirir”.
Əli Əhmədov həmçinin, İzmirdə baş verən zəlzələ nəticəsində çoxsaylı insan itkisi ilə bağlı xalqımızın kədərləndiyini bildirib, vəfat edənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyib.
Qardaş Azərbaycana səfər etməsindən məmnunluğunu bildirən Türkiyənin sabiq Baş naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binəli Yıldırım torpaqlarının işğaldan azad edilməsi yolunda böyük mücadilə aparan Azərbaycan xalqına uğurlar arzulayıb. Binəli Yıldırım bu yolda şəhid olan hərbçilərə və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.
Problemin 30 ildir həll olunmadığını deyən B.Yıldırım qeyd edib ki, bu illər ərzində Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalı davam edib. Türkiyə olaraq biz hər zaman Qarabağ torpaqlarının erməni işğalından azad olunmasının və azərbaycanlı qaçqın-köçkünlərin öz doğma torpaqlarına qayıtmasının tərəfdarı olmuşuq. Bu məqsədlə indiyə kimi aparılan diplomatik danışıqlar heç bir nəticə verməyib. Təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədrləri işğalçı Ermənisana qarşı heç bir addım atmayıb, işi zamana buraxaraq problemi unutdurmağa çalışıblar. Ona görə də, iş bu həddə çatdı ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün haqq savaşına başlayıb və bu savaşda can Azərbaycan bir dastan yazır.
Türk xalqının hər zaman Azərbaycana dəstək verdiyini deyən B.Yıldırım 102 il öncə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun göstərdiyi dəstəyi də xatırladıb. O, Türkiyənin bundan sonra da hər zaman qardaş Azərbaycanın yanında olacağını deyərək, səfərin məhz Azərbaycana dəstək xarakteri daşıdığını vurğulayıb.
B.Yıldırım həmçinin, İzmirdə baş verən zəlzələ ilə əlaqədar Azərbaycan xalqının dəstəyini yüksək dəyərləndirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi