Vəzifədən çıxarıldı, kabinetində infarkt vurdu - İmişlidə

img

19-11-2013 [13:30]



İmişli rayonunda elektrik şəbəkəsəinin daş karxanalarına nəzarət şöbəsinin müdiri Vasif Nağıyev dünən gecə saatlarında qəflətən işdən çıxarılıb.

Avropa.info xəbər verir ki, V.Nağıyevə işdən çıxarılmaq əmrini idarədə elan edilib. V.Nağıyev bir neçə saatdan sonra kabinetində əşyalarını yığışdırarkən ürəyi tutaraq dünyasını dəyişib.

Mərhumun yaxınları deyib ki, işdən çıxarılması ona pis təsir edib. İşdən çıxarılması xəbəri verilən V.Nağıyev sarsıntı keçirib və bundan sonra ürək tutması başlayıb.

Qeyd edək ki, İmişli rayon Elektrik Şəbəkəsinə Məhəmmədli Kazımov yeni rəis təyin olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA