Dövlət Sərhəd Xidməti məhkəməyə verildi

img

19-11-2013 [13:05]



General Elçin Quliyevin rəisi olduğu Dövlət Sərhəd Xidməti məhkəməyə verildi. Yaxın həftələrdə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində xidmətə qarşı iddiaya baxılacaq.

 Bu barədə mia.az-a daxil olan məlumata görə, Sərhəd Xidmətini məhkəməyə Xətai rayonu, Cavanşir küsəçi ev 27 a, mənzil 43- yaşayan Elyazov İsrail Rzaqulu oğlu verib.

 Xatırladaq ki, iddiaçının Fövqəladə Hallar Nazirliyində qeydiyyatdan keçmiş, dayanacaq yeri Zığ qəsəbəsi göstərilmiş rezin qayığına Dövlət Sərhəd Xidməti tərəfindən qadağa qoyulub. Belə ki, xidmətin Hövsan bölməsinin Vüqar adlı əməkdaşı səhər saat 7-dən gec olmayaraq, xidmətin Qum adasına yaxın ərazidə qeydiyyatdan keçmədən qayığın dənizə çıxmasına imkan vermir.

 Şikayətçi yazır ki, sərhəd zolağından qanunla nəzərdə tutulmayan məsafəyə qayıqla çıxmaq hüququ olsa da, xidmətin bu hərəkəti səbəbindən gəzintiyə, tilovla balığa çıxa bilmir. Bu isə onun istirahət hüququnu pozur.

 Sonda iddiaçı məhkəmədən belə maneələrin aradan qaldırılmasını tələb edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA