Bakıda bu yollar bağlanacaq - SİYAHI

img

19-11-2013 [11:24]


Bakıda dünya GT3 avtomobil yarışının təşkili ilə əlaqədar bir sıra yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Bakı şəhər baş Polis İdarəsinin Dövlət Yol polisi İdarəsindən verilən məlumata görə, noyabrın 21-dən 24-ə qədər məhdudiyyətlər paytaxtın Səbayıl rayonu ərazisində yerləşən bir neçə yolda tətbiq olunacaq.

Bu müddət ərzində paytaxtın Mikayl Hüseynov, Qurban Abasov, Aqil Quliyev, Aydın Nəsirov, Əhməd Yaqubov, Əlibəy Qardaşları, Aydın Məmmədov və Əli Nizami küçələri istiqamətində avtomobillərin hərəkətləri məhdudlaşdırılaraq isiqamətlər dəyişdiriləcək.

Bakı şəhər baş Polis İdarəsinin Dövlət Yol polisi İdarəsi həmin günlərədə əhalini şəxsi avtomobillərindən istifadə etməməyə və ictimai nəqliyyata üstünlük verməyə çağırıb.

Qeyd edək ki, dünya avtomobil yarışında Fransa, İtaliya, İspaniya, Almaniya kimi ölkələrdən olan 13 komandanın tərkibində 30-dan artıq avtomobil yarışacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA