""Matç TV"də ermənilər varsa, başqa nə gözləmək olar?!" - Qurban Qurbanov
30-10-2020 [00:52]
"Bu gün türk qardaşlarımızın Cümhuriyyət Günüdür. Onları təbrik edirəm. Daha mehriban və möhkəm olaq".
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I qrupunun II turunda İstanbulda İspaniya "Vilyarreal"ına 1:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis bildirib ki, komandasından razı qalıb: "Təcrübəli və sürətli komandaya qarşı oynasaq da, öz oyunumuzdan əl çəkmədik. Ustalıq fərqi var. Rəqibin oyunçularının dəyəri qat-qat çoxdur. La Liqa fərqlidir. Heyətdə problemlərimiz var idi. Dəyişiklik etməli idik. Uduzsaq da, böyük təcrübə qazandıq".
Qurbanovun sözlərinə görə, onu bu oyunda onu sevindirən 3 məqam olub: "Birincisi, Türkiyədə oynadıq. İkincisi, bu stadionda ab-hava çox gözəl idi. Azarkeş olmasa da dəstək hiss etdik. Üçüncüsü isə yaxşı oyun göstərdik".
Təcrübəli mütəxəssis məğlubiyyətə görə təəssüflənmədiyini söyləyib: "Hər məşqçi istəyər ki, əlindəki heyət tam sağlam olsun. Rotasiya edə bilmədik. Kaş, zədəlilərimiz olmazdı".
Hakimlik barədə danışan baş məşqçi çexiyalıların Azərbaycan klubları ilə yola getmədiyini söyləyib: "O vaxt Zelinka təmiz qolumuzu saymadı. Hakimlər bu cür matçlarda diqqətli olmalıdırlar. Rəqibin futbolçularına da sarı vərəqə vermək olardı. Amma bunu etmədi. Bəlkə də penalti var idi. Amma bu cür durumlarda penalti verilib-verilmədiyini bilmirəm".
Rusiyanın "Matç TV" kanalının "Qarabağ"ın oyunlarına qadağa qoymasına da münasibət bildirən Qurbanov bunları deyib: "Məsələnin necə olduğunu bilmirəm. Amma "Matç TV"də ermənilər varsa, başqa nə gözləmək olar?! Bunlar düşük fikirlərdir. Başlarına dəysin. Onların oyunumuzu göstərməsi heç bizə lazım da deyil".
Mütəxəssis Rahil Məmmədovun çıxışını da dəyərləndirib: "Rahilə ancaq "Əhsən" deyərdim. Uzunmüddətli zədədən sonra səhvsiz oynadı. Meydanda özünü aparması, oyuna yanaşması məni çox razı saldı. Qarşıdakı matçda daha yaxşı Rahil görəcəyik".
Qurbanov deyib ki, 2-3 gündən bir oynamaq onlar üçün çox çətindir. "Bu, hazırlığımıza mane olur. İnanıram ki, qarşıdakı oyunlarda zədəli futbolçularımız sıraya dönəcək. Məqsədimiz baxımlı oyun göstərməkdir. Bu gün "Sivasspor" da uduzdu. Düşünürəm ki, maraqlı oyun olacaq".
"Bakıda oynasaydınız, fərqli nəticə qeydə alına bilərdimi?" sualına belə cavab verib: "Burada oynamaqla Bakıda meydana çıxmaq arasında heç bir fərq hiss etmədik. Bəlkə Azərbaycanda daha böyük hesabla uduzardıq".
Baş məşqçi oyunlara fərq qoymadıqlarını vurğulayıb: "Bizim üçün hər oyun eynidir. Pandemiya klublara çox təsir edib. Daxili matçlarda rotasiya edə bilmirəm. Yorğunluq olur. Bu gün Abbas Hüseynpv ay ərzində 7-ci oyununu keçirirdi. Müdafiədə problemlərimiz var. Hər zaman oyunçularımın sağlam olmasını istəmişəm"/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi