19-11-2013 [10:33]
Ağdam Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Nizami Sadıqovun qanuna sığmayan əməlləri kəskin həddə çatıb.
Bu barədə redaksiyamıza rayondakı mənbələr tərəfindən məlumat daxil olub. Verilən informasiyaya əsasən, icra başçısı əhalinin güzəranını ağırlaşdıran işlərlə məşğuldur: «Rayon rəhbərinin özbaşına əməllərindən kimə şikayət edəcəyimizi bilmirik. İcra başçısı etiraz səsimizin yuxarılara çatmasına imkan vermir. Onun həyata keçirdiyi maliyyə maxinasiyaları ilə bağlı kifayət qədər fakt mövcuddur.
Amma heç kim qorxusundan bunu açıb-ağarda bilmir. Hər kəs yaxşı başa düşür ki, başçıdan hansısa dövlət orqanına şikayət etsə, təzyiqlə üzləşəcək. Camaatın susqunluğundan istifadə edən Nizami Sadıqov Ağdamı ikinci dəfə işğala məruz qoyub.
O, uzun müddət hüquq-mühafizə orqanları sistemində işləyib. 1990-cı ildən 1992-ci ilə kimi Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin ölüm şöbəsində xüsusilə mühüm işlər üzrə baş inspektor vəzifəsində, 1992-2008-ci illərdə Ağdaş, Şabran, İmişli, Masallı və Quba rayonlarında polis rəisi işləyib. 2009-cu ildən etibarən Ağdama rəhbərlik edir. Bu insan polis rəisi işlədiyi dövrlərdə qazandığı «təcrübəni» icra başçısı postunda tətbiq etməyə çalışır. Təəssüf ki, buna nail ola bilir. Onun törətdiyi fəsadlar yerli əhalinin narazılığı ilə qarşılanmaqdadır. Ağdamda bir sıra sahələrdə ciddi problemlər hökm sürməkdədir. İnsanların yetərli hissəsi qaz və işığın normal verilməməsindən əziyyət çəkirlər. Cəbhə xəttində yerləşən kəndlərdə vəziyyət daha ağırdır. Burda yaşayan vətəndaşlar gecəni böyük səksəkə içərisində keçirirlər. Düşmənlə üz-üzə mövqelərdə yerləşən kəndlərdə işıq demək olar ki, yoxdur. Camaat qış aylarında məcbur qalıb meşə sahələrini məhv edir. İcra başçısı rayonda yeni qaz və işıq xətlərinin çəkilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitləri müxtəlif yollarla ələ keçirir. Bu səbəbə görə də nöqsanlar bir-birini əvəz edir».
Mənbə həmçinin deyir ki, keçən ayın sonlarında rayonun Quzanlı qəsəbəsində tanınmış alim Xudu Məmmədovun adını daşıyan parkın açılışı olub: «Parkın tikintisi zamanı kütləvi yeyinti hallarına yol verilib. 3400 kvadratmetr sahəni əhatə edən parkdakı bütün işləri yerli sahibkarlar həyata keçirib. Başçı yuxarı instansiyalara bu işlərin Rayon İcra Hakimiyyətinin büdcəsi hesabına aparıldığını deyib.
Sabiq polis rəisi rayonu ürəyi istəyən formada idarə edir. 2009-cu ildən bu yana Ağdamda boş torpaq sahələri sürətlə azalıb. Nəyə görə? Çünki o, torpaqların hamısını satıb özünə xeyir götürüb. Biz artıq cana doymuşuq. Nizami Sadıqovun qanunsuzluqlarına tab gətirməyə gücümüz qalmayıb. Qəzet vasitəsilə əlaqədar dövlət orqanlarının rəhbərlərindən xahiş edirik ki, Ağdam Rayon İcra Hakimiyyətinin fəaliyyətini yoxlayıb dövlət büdcəsindən ayrılan vəsaitlərin hansı məqsədlər üçün istifadə olunduğunu araşdırsınlar»
Demokratiya.net
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi