Allahşükür Paşazadə Bərdədəki hərbi cinayətlə bağlı bəyanat yayıb
29-10-2020 [19:10]
Qafqaz Müsəlmanlari İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bəyanat yayıb.
Mia.az xəbər verir ki, bəyanatda deyilir:
"Təcavüzkar Ermənistan rejimi 2020-ci ilin iyul ayından etibarən yeni hərbi təxribatlara əl ataraq Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərimizdə, həm də Ermənistan ilə dövlət sərhəddində yerləşən yaşayış məntəqələrimizi və mülki əhalimizi ağır artilleriya ilə raket atəşinə tutmaqda davam edir.
27 sentyabr tarixindən bu günədək Ermənistan Azərbaycanın onlarla şəhər və yaşayış məntəqələrinin, o cümlədən hərbi əməliyyatların baş verdiyi bölgədən xeyli uzaqda yerləşən Azərbaycanın ikinci əhəmiyyətli şəhəri olan Gəncənin dəfələrlə atəşə tutulması ardından 28 oktyabr tarixində qədim şəhərimiz Bərdə raket atəşlərinə məruz qalmışdır. Bərdədə azyaşlı uşaqlar daxil 21 nəfər qətlə yetirilmiş, 70-dən artıq insan yaralanmışdır. Ümumilikdə, bu günədək 90-dan artıq dinc sakinimiz həlak olmuş, 392 yaralanmış, 2406 fərdi ev, 92 çoxmənzilli ev, 423 mülki obyekt dağıdılmışdır. Gəncədə, Bərdədə qətlə yetirilmiş məsum uşaqların ölümü heç bir insanı biganə qoya bilməz. Lakin Ermənistanın dövlət səviyyəsində törətdiyi bu terrora dünya ictimaiyyəti hələ də yekdil, birmənalı mövqe ifadə etmir.
Ermənistan bu günə qədərki tarixində çox qanlı cinayətlərə imza atmışdır. Soyqırımı, özgə torpağını qəsb, ekstremizm, terror, zorakılıq kimi insanlıq qanunları ilə qadağan olunmuş bütün cinayətlər ermənilər tərəfindən törədilmişdir.
BMT-nin qətnamələrini yerinə yetirməmək, separatizm, qondarma dövlət qurmaq cəhdləri, münaqişənin sülh yolu ilə həllinə dair danışıqları pozmaq, əldə olunmuş razılaşmaları, öhdəlikləri yerinə yetirməmək Ermənistanın hazırkı rejiminin fəaliyyət istiqamətləridir ki erməni dövlətçiliyini iflasa aparır, süquta sürükləyir. Soyqırım, ksenofobiya, İslamofobiya, monoetniklik, etnik təmizləmə aparmaq, tarixən ərazi iddialarını təmin etmək məqsədilə terror təşkilatları yaratmaq və onları maliyyələşdirmək, dindən öz təcavüz məqsədləri üçün istifadə etmək – erməni ekstremistlərinin xislətidir.
İşğal olunmuş ərazilərimizdə mədəni irsin məhv edilməsi, məzarlıqların dağıdılması, məscidlərin həqarət olunması, müxtəlif dinlərə məxsus məbədlərin, dini abidələrin məhv edilməsi, tarixinin saxtalaşdırlıması, mənşəyinin dəyişdirilməsi, özününkiləşdirərək qriqoryanlaşdırılması siyasəti — bütün bunlar erməni vandalizminin təzahürləridir.
Erməni rejiminin daha bir xarakterik cəhəti yalan, iftira xarakterli təxribatçı məlumatlar yaymaqdır. Belə ki, muzdlu terrorçulardan istifadə etdikləri halda Azərbaycana böhtan atmaq buna nümunədir. «Qarabağ Ermənistandır» deyərək, işğal etdikləri Azərbaycan torpaqlarında qədim toponimləri erməni adları ilə dəyişdirərək özününkiləşdirmək cəhdlərindən belə çəkinmirlər. Xocalı, Gəncə, Bərdə soyqırımlarını törətdikləri halda guya ozlərinin soyqırıma məruz qaldıqları barədə dünyada hay-küy salmaq da bu qəbildəndir. Faşizm dövrünün canilərinə haqq qazandıraraq xatirəsini əbədiləşdirmək Ermənistanın ən yeni tarixində siyasi yönünün göstəricisidir.
Ermənistanın bu təcavüzkar, işğalçı cinayətlərinə erməni kilsəsi tərəfindən xeyir-dua verilməsi təəssüf doğurur. Erməni qriqoryan kilsəsi ən müqəddəs dəyər olan insan həyatına deyil, ölümə xeyir-dua verir, uşaqların, qadınların ölümünə, dinc insanların qətlinə bəraət verməsi isə heç bir məntiqə sığmır. Bütün səmavi dinlərin Kitablarında, o cümlədən, İncildə, İsa Peyğəmbərin xitablarında insanları yaşamağa və yaşatmağa çağırış vardır. Xristianlığın təməl prinsiplərinə xilaf çıxan, İncilin sülhsevər çağırışlarına zidd gedən erməni qriqoryan din xadimlərinin belə bir davranışı mənsub olduqları din adına həqarətdir. Sülh üçün dua etmək əvəzinə, müharibə səngərlərində bir əlində xaç, bir əlində silah tutub əsgərlərini Azərbaycan torpaqlarının işğalına ruhlandıranların həqiqi din xadimliyi şübhə doğurur. Öz xalqını sülhə deyil, zorakılığa təhrik edən Ermənistan dövləti, erməni kilsəsi öz millətini ölənədək savaşa səsləməklə erməni xalqının gələcəyini təhlükə - fəlakətə sürükləyir.
Dünya dövlətlərinin rəhbərlərinə, beynəlxalq təşkilatlara və dini liderlərə müraciət edərək, erməni qriqoryan kilsəsi başçısının dünyadakı ermənilərə müraciətinin mahiyyətini və mümkün fəsadlarını lazımınca qiymətləndirməyə çağırıram. Monoetnik ölkə olan Ermənistanın dini mərkəzi faşizmə, terrora, işğala, ilhaqa, milli və dini ədavətə təşviq edirsə, bu, çox təhlükəli bir tendensiyadır və təkcə bölgədə deyil, qlobal müstəvidə sülhə, dinlər və sivilizasiyaların dinc birgəyaşayış mühitinə təhdiddir. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan ərazilərini işğaldan azad etmək yolunda əzmkarlığı və israrı qarşısında aciz olduğunu dərk edən və məğlubiyyətinin qaçılmaz olduğunu anlayan erməni tərəfi son ümid yeri olaraq kilsə amilindən istifadə edərək münaqişəyə dini don geyindirərək xristian-müsəlman qarşıdurması kimi təqdim etməyə və beləliklə, xristian dünyasının dəstəyinə nail olmaq yönündə cidd-cəhdlə çalışır. Bu amilin təhlükəli olması dünyanın aparıcı dini liderləri ilə, o cümlədən, Rus Pravoslav Kilsəsinin başçısı Patriax Kirillin, Ümumgürcüstan Katalikos-Patriarxı II İliyanın, Ümumdünya Kilsələr Şurasının vasitəçiliyi ilə baş tutan, erməni dini liderinin şəxsən iştirak etdiyi görüşlərimizdə dəfələrlə gündəmə gətirilmiş və münaqişələrdə din amilindən istifadənin qətiyyən yolverilməz olduğu birmənalı vurğulanmışdır. Belə ki, bu amil dinlərin sülhsevər mahiyyətinə ziddir.
Bütün dünyaya bir daha bəyan edirik ki, hazırkı hərbi qarşıdurma Azərbaycan ərazilərində baş verir. Biz öz haqq işimizdə hər hansı dinə və millətə qarşı deyilik, heç bir ölkəyə təcavüz etməmişik və Qarabağda yaşayan ermənilər öz vətəndaşlarımızdır. Biz, dövlət başçımız Zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi ilə, müzəffər ordumuz sayəsində qələbəmizə, şəhidlərimizin qanının yerdə qalmayacağına inanırıq. Biz sülhün bərqərarını istəyirik və Vətənimiz Azərbaycanda sülhə və əmin-amanlığa nail olunması üçün bu niyyətlərimizdə bütün dünya birliyinin dəstəyinə ümid edirik!".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi