Prezidentin köməkçisi: "İşğalın sonlandırılması bütün regionun və hətta Ermənistanın xeyrinədir"
29-10-2020 [16:18]
“Bu eskalasiyanın səbəblərindən biri də qeyri-effektiv danışıqlar prosesidir. Nə zaman ki, diplomatlar danışmır, o zaman hərbçilər danışır”.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdədə diplomatik korpusun və xarici media nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, burada birinci olaraq məsuliyyət əlbəttə ki, Ermənistanın üzərinə düşür: “Ermənistan həmişə danışıqlarda geri çəkilməyə və danışıqların əsasını və formatını dəyişdirməyə cəhd edib. Hər kəs yaxşı bilir ki, danışıqlarda əsas diqqətdə olan məqam Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən geri çəkilməsi idi. Lakin Ermənistan tərəfi həmişə bundan yayınıb. Onlar hər zaman danışıqları zəiflətməyə cəhd ediblər. Danışıqlar bir şərtlə uğurlu ola bilər ki, tərəfdaş ciddidir, konstruktiv davranır və danışıqları yaxşı niyyətlə aparmağa sadiq qalır. Lakin çox təəssüf ki, biz Ermənistan tərəfindən bunu görməmişik və hələ də görmürük. Bir neçə gün öncə Ermənistan Baş naziri dedi ki, bu münaqişənin diplomatik həlli yoxdur. Onlar hələ də bir-birinə əks açıqlamalar verməyə davam edir. Bir tərəfdən biz sülhdən danışan və hətta bəzi ölkələrin liderlərinə humanitar atəşkəs üçün yalvaran rəhbərlik görürük, növbəti gün biz onun Azərbaycana qarşı hücumu davam etdirdiyini, “SCUD” ballistik raketlərindən istifadə edilməsinə göstəriş verdiyini görürük. Eşidirik ki, o, biz sona qədər döyüşəcəyik deyir”.
H. Hacıyev qeyd edib ki, Azərbaycan üçün əks-həmlə əməliyyatı sülhə məcburetmə əməliyyatıdır: “Sülhə məcburetmənin əsasında işğal olunmuş torpaqların azad edilməsi və həmçinin azərbaycanlı mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi dayanır. Bu gün siz Bərdəni gördünüz, digər şəhərlər də məsuliyyətsiz hücumların hədəfi olub. Bu şizofren zehniyyətdən qaynaqlanır. “Smerç”, “SCUD” və digər təhlükəli silahlar məsuliyyətsiz şəkildə azərbaycanlı mülki əhaliyə qarşı istifadə olunur. Belə olan hallarda BMT Nizamnaməsi çərçivəsində Azərbaycanın özünü müdafiə hüququ var. Həmçinin fundamental məsələ hərbi işğalın sonlandırılmasıdır. Son eskalasiya göstərdi ki, Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarında mövcudluğu regional sülh və sabitlik üçün əsas təhlükə mənbəyidir. İşğalın sonlandırılması bütün regionun və hətta Ermənistanın xeyrinədir. Ermənistan əhalisi sülhün perspektivlərindən faydalana bilər. Azərbaycanla əməkdaşlıq Ermənistan əhalisinə rifah gətirə bilər. Çox təəssüf ki, onlar hazırda belə bir hərbi-siyasi rəhbərlikdən əziyyət çəkirlər”/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi