“Gənc Alimlər üçün Qış məktəbi” keçirildi

img

18-11-2013 [22:12]


Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə 14-18 noyabr 2013-cü ildə layihəsiçərçivəsində Novxanı qəsəbəsində yerləşən Olimpik oteldə "Gənc Alimlər üçün Qış məktəbi” təşkil edilib.

Qış Məktəbinin açılış mərasimi 14 noyabr saat 15.00-da Olimpik İdman və İstirahət Mərkəzində (Novxanı qəsəbəsi) təşkil olunmuş, açılış mərasimində müxtəlif institut və universitetlərin gənc alim və tədqiqatçılar, KİV təmsilçiləri iştirak etmişlər.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, layihənin koordinatoru fəlsəfə doktoru İlqar Orucov tədbiri açaraq bildirdi ki, "Gənc Alimlər üçün Qış məktəbi” layihəsi Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli 1621 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.3.6 bəndinə uyğun olaraq gənc tədqiqatçılar arasında rəqabət və elmi ünsiyyət mühitinin yaradılması, elmi gəncliyin fəaliyyətinin daha səmərəli qurulması və potensialının reallaşdırılmasına, gənclərin orijinal elmi-texniki ideyalarının, yeni elmi innovasiyaların ortaya çıxmasına optimal şərait yaradılması məqsədini daşıyır.Natiq həmçinin, elmi gəncliyin effektiv fəaliyyət göstərməsi üçün dövlətimizin və eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun bu istiqamətdə yaratdığı imkanlardan, reallaşdırdığı layihələrdən danışdı.

Tədbirin açılışıçnda layihənin eksperti fəlsəfə doktoru Ruslan Rəhimli, fəlsəfə doktorları Nərminə Abdullayeva və Pərviz Həsənov çıxış edərək dövlət başçısının həyata keçirdiyi gənclər siyasətindən və layihənin əhəmiyyətindən danışdılar.

Tədbir günlərində "Texnoparklar: dünya təcrübəsi və Azərbaycan”, "Biznes inkubatorlar: Azərbaycanda tətbiqi imkanları”, "İnnovasiyalı cəmiyyətə doğru”, "Müasir nanotexnologiyalar” adlı seminarlar, eyni zamanda Qış Məktəbi günlərində elmi-innovativ işlərin, elm-təhsil mübadilə proqramlarının təqdimatları,eyni zamanda mədəni-idman tədbirləri həyata keçirilmişdir.

İqtisad elmləri üzrə fəlsəfə doktoru Asif Mustafayev Biznes inkubatorlar , karyera mərkəzləri, Azərbaycanda tətbiqi imkanları haqda iştirakçılara geniş məlumat verdi, seminar çərçivəsində iştirakçılar informasiya və biliklər əldə etdilər.

İqtisad elmləri üzrə fəlsəfə doktoru dosent Samirə Abbasova Innovasiyalı cəmiyyətə dagru adli seminar keçdi, seminarda qarşılıqlı diskussiyalar təşkil olundu.

Tədbir günlərində Qafqaz Universiteti Texnoparkının müdiri dosent İsa Qasımov texnoparklar haqqında iştirakçılara informasiya verdi, Qafqaz Universitetinin imkanları haqda və Universitetdı yaradılmış Texnopark barədə presentasiya keçirdi. Qafqaz Universitetinin prorektoru doktor Şahin Duran gənc tədqiqatçıları Universitetdə keçirilən müsabiqələr barədə bilgiləndirdi.

Həmçinin kimya elmləri doktoru Reyhan Əliyeva muasir nanotexnologiyalar haqqında seminar apardı, seminar elmi presentasiyalarla davam etdi.

Qış Məktəbində Almaniya Akademik Mübadilə Mərkəzinin (DAAD) Azərbaycan nümayəndəliyinin rəhbəri Nikola Ulisiç elmi mübadilə proqramları haqqında iştirakçılara ətraflı məlumatlar verdi, informativ çap materialları paylandı.

Qış Məktəbi iştirakçılarına tədbir günlərində mədəni-idman tədbirləri təşkil olundu. Qış Məktəbində AMEA-da çalışan və müxtəlif elm sahələri üzrə araşdırmalar aparan gənc alimlər, doktorantlar, eyni zamanda digər elmi-tədqiqat müəssisələrində və Universitetlərdə fəaliyyət göstərən elmi tədqiqatçılar arasından seçilmiş iştirakçılar iştirak etdilər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA