18-11-2013 [22:01]
Tarixə insаnlаrа әbәdi dәrs vеrәcәk misilsiz bir hәrәkаt kimi düşən Kərbəla vaqi-əsini (ibrәtli hadisə) digər hadisələrdən ayıran əsas fərqlərdən biri onun baş vermə səbəbi - İmam Hüseyn(ə)-ın hədəfi, məqsədi idi. Onu 13 əsrdən çox vaxt keçməsinə baxmayaraq indiyə kimi insanların ürəyində, yaddaşında yaşadan əsas səbəb İmam Hüseyn(ə)-ın bu qiyamdakı hədəfi olmuşdur. Görəsən qısa zaman müddətində baş vermiş bu hadisəni illərcə davam edən müharibələrdən daha əzəmətli edən səbəb - İmam Hüseyn(ə)-ın məqsədi nə idi? Həzrətin qiyamətə kimi təsirli olacaq bu qiyam-dakı hədəfi nə idi? İmam Hüseyn(ə)-ın dili ilə bu suallara cavab verməmişdən öncə ilk olaraq onu qeyd edim ki,onun öz әzizlәri və 72 tərəfdaşı ilə 30 min nəfərə qarşı çıxması böyük ilahi hədəfdən xəbər verir.
Bu hadisənin baş verməsinin bir səbəbi Yezidin (lənətullah) İmam Hüseyn(ə) -dan beyət (onun hakimiyyətini rəsmən tanımasını) istəməsi idi. İmam Hüseyn(ə) Muaviyənin (lənətullah) sağ olduğu illərdə qardaşı Imam Həsən(ə)-ın yolunu - sükut yolunu seçmişdi. Yezid (lənətullah) hakimiyyətə gələn kimi hamıdan o cümlədən, İmam Hüseyn(ə)-dan beyət istədi.Lakin İmam Hüseyn(ə) bildirdi ki, Yezid kimi şərabxor, qumarbaz, zinakar, zalım bir murdar islamı məhv etmək istəyir. Məhz buna görə İmam Hüseyn(ə) Quran hökmünə uyğun, islam dininin məhvinin qarşısını almaq üçün qiyam etdi. İmam Hüseyn(ə) özü bu mətləbə işarə edərək belə demişdir: "Əgər Yezidə beyət etsəm, gərək İslamla vidalaşaq". Başqa bir yerdə o Həzrət zalım qarşısında etiraz etməyin hər müsəlmanın borcu olduğunu xatırladıb belə buyurmuşdur: "Məgər Allahın Rəsulu (s) deməyibdir ki, zalım hakimin rəftarına etiraz edib, onu doğru yola səsləməyənin yeri cəhənnəmdir?! Belə bir zamanda zalımlar əleyhinə qiyam etməyə məndən ləyaqətli daha kim olacaqdır?"
Tarixə nəzər salsaq, görərik ki, əgər İmam Hüseyn(ə)-ın qiyamı olmasaydı, əsl İslam dinindən əsər-əlamət qalmazdı. İndi əsl İslamın olması İmam Hüseyn(ə)-ın axıdılan qanı sayəsində mövcuddur.Ona görə də İslam Peyğəmbəri Muhəmməd(s) buna işarə edərək buyurur: "Hüseyn məndəndir, mən də Hüseyndənəm". Yəni Hü-seyn(ə)-ın yerində mən də olsam O edən işi mən də yerinə yetirərəm.
Yezid (lənətullah) İmam Hüseyn(ə)-dan beyət istəməsəydidə, O, yenə də qiyam edəcəkdir. Çünki onun əsas hədəfi əmrbeməruf (yaxşı işlərə dəvət) və nəhy əz münkəri (pis işlərdən çəkindirmək) bərpa etmək, xalq arasında islahat işləri aparmaq idi. İmam Hüseyn (ə)-ın bu əsas hədəfini onun aşağıdakı sözlərindən də başa düşmək olar: "Mən heyvani-nəfs üzündən, fəsad törədib zülm etmək və ara qarışdırmaq üçün qiyam etmirəm. Mənim qiyamım, əmrbe məruf (yaxşı işlərə dəvət) və nəhy əz münkər (pis işlərdən çəkindirmək) üçündür. Babam Rəsuli-Əkrəmin (Muhəmməd(s) peyğəmbərin) atam Əmirəl-möminin Əlinin (ə) yolunu getmək, babamın ümmətini islah edib fəsadı aradan qaldırmaq üçün qiyam edirəm. "İmam Hüseyn(ə) başqa bir yerdə Allaha xitabən belə deyir: "Pərvərdigara! Sən özün bilirsən ki, bizim mübarizəmizin məqsədi Sənin dininin nişanələrini və İslami meyyarları xalqa tanıtdırıb göstərməkdir. Yəni, dinin nə olduğunu göstərək və hansı nişanələrlə, hansı meyyarlarla dindar adamı dinsizindən ayırd edib seçə bilməyi tanıtdıraq. Həmçinin bizim hədəflərimizdən biri də, Sənin ölkəndə islahat işləri aparıb, həqiqəti üzə çıxarmaqdır.
İmam Hüseyn(ə)-ın əsas hədəfinin əmrbe məruf (yaxşı işlərə dəvət) və nəhy əz münkər (pis işlərdən çəkindirmək) olması və bu yolda şəhidlik zirvəsinə ucalması bu məsələyə islamda nə qədər böyük əhəmiyyət verilməsinə bir işarədir. Rәsuliәkrәm buyurmuşdur: "Əmr bе mә᾽ruf vә nәhy әz münkәr mәsәlәsinә göz yumаnlаr mütlәq, Аllаhın әzаbını gözlәmәlidirlәr". İslаmın әbәdi hәyаtının zәmаnәtçisi оlаn әn mühüm üsul-әmr bе mәruf vә nәhy әz münkәr barəsində Xanım Fatiməyi-Zəhra(s.ə.) buyurur: "Allah yaxşılığa əmr etməyi(haqqa dəvəti) və pislikdən çəkindirməyi cəmiyyətin islahı üçün vacib etmişdir". Hәzrәt Ə?li (ә) cәmiyyәtin sаbitliyini bu mәsәlәyә necә yanaşılmasında görür. O, belә buyurur: "Əmr bе mә᾽ruf᾽insаnlаrın әn yахşı әmәlidir. Hәr bir cәmiyyәtin sаbitliyi оndа әmr bе mә᾽ruf mәsәlәsinә nеcә yаnаşılmаsındаn аsılıdır". İmаm Rzа(ә) isә bu barәdә belә buyurub: "Əmr bе mә᾽ruf vә nәhy әz münkәri tәrk еtmәyin, әks tәqdirdә Аllаh-tәаlа pis аdаmlаrı sizә hаkim еdәr vә sоnrа hәr nә qәdәr duа еtsәniz qәbul оlunmаz".
Qurаni-Kәrim аşkаr şәkildә kеçmiş cәmiyyәtlәrin dаğılıb mәhv оlmа sәbәbini, оnlаrın аrаsındа әmr bе mәruf vә nәhy әz münkәr kimi islаhеdici bir qаnunun оl-mаmаsındа görmüşdür: "Bаrı sizdәn әvvәlki nәsillәrin аğıl vә fәzilәt sаhiblәri yеr üzündә fitnә-fәsаd törәtmәyi qаdаğаn еdәydilәr ki, bu millәtlәr fәsаd nәticәsindә mәhv оlmаyаydılаr". Aşağıdakı ayәdә isә әmr bе mәruf vә nәhy әz münkәr edәnlәr nicat tapanlar kimi göstәrilir. "[Еy müsәlmаnlаr!] içәrinizdә insаnlаrı yахşılığа çаğırаn, хеyirli işlәr görmәyә әmr еdәn vә pis әmәllәri qаdаğаn еdәn bir dәstә оlsun! Bunlаr [bu dәstә],hәqiqәtәn nicаt tаpmış şәхslәrdir"(Ali-Imran 104). Digәr bir ayәdә isә Allah-taala belә buyurur: "[Еy müsәlmаnlаr!] Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara)yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız "(Ali-Imran 110).
Bir məqamı da nəzərə almaq lazımdır ki, cәmiyyәtin islаhаtçısı оlmаq istәyәnlәr, özlәrini mütləq mәnәviyyәt sаhәsindә tәrbiyә еtmәlidirlәr və insanları dəvət etdikləri yaxşı işləri birinci özləri yerinə yetirənlərdən olmalıdırlar. Həm də təkcə dil ilə deyil, əsas əməl ilə insanları haqqa çağırmalıdırlar. İmam Sadiq(ə) bu barədə buyurur: "Xalqı dilinizlə deyil, gözəl əməllərinizlə yaxşılığa dəvət edənlərdən olun. Xalq sizin çalışmağınızı, doğruluğunuzu və haramlardan çəkinməyinizi görməlidir".
Xırda bir məsələyə də diqqət edək ki,bəzi dar düşüncəli, savadsız insanlar İmam Hüseyn(ə)-ın meydanda öldürülməsini məğlubiyyət, qarşı tərəfi isə qalib kimi qələmə verə bilərlər. Qələbə insanın diri qalıb düşmənin ölməsi demək deyildir. Qələbə bundan ibarətdir ki, insanın özü ölsə də hədəf, fikir və ideyaları əbədi olaraq yaşasın. Məğlubiyyət isə döyüş meydaninda həlak olmaq deyil, fikir və ideyaların məhv olmasıdır. İmam Hüseyn(ə) öz inqilabı ilə elə bir oyanışa səbəb oldu ki, üstündən 1300 il keçməsinə baxmayaraq, dünyanın bir çox xalqları bu əzəmətli hərəkatdan ilham alıb zülmə, ədalətsizliyə qarşı mübarizə aparırlar. Xüsusi şövqlə, həyəcanla qərbdən tutmuş, şərqə qədər İmam Hüseyn (ə) müsibətinə göz yaşı axıdırlar. Bu məktəbin böyük bəhrələrindən biri yaxın keçmişdə olmuş zalım şah rejimini devirən İslam İnqilabı deyilmi?! İsrail üzərində 34 günlük müharibədən sonra qələbə qazanan Livandakı Hizbullah əsgərləri Imam Hüseyn(ə) məktəbindən bəhrələnməyibmi?! Tarix boyu və indi milyonlarla insan bu etiqad və hədəfin ardıcılları olublar və qiyamətə qədər də belə insanlar olacaqlar. Peyğəmbər(s) əbəs yerə buyurmayıb ki, "Hüseyn hidayət çırağı,nicat gəmisidir". İmam Hüseyn(ə)-ı sevənlər, ondan ibrət alanlar təkcə bu dünyada deyil, axirətdə də nicat tapanlardan olacaqlar.
İlahi, bizə həqiqətən də İmam Hüseyn(ə)-dan və Ehli-Beyt(ə)-dan ibrət alanlardan, onların ardıcıllarından, onları sevənlərdən və öz vəzifəsini tanıyıb ona əməl edənlərdən olmağı əta et!!!
Polad Aslanov
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi