Abbas Abbasov Türkiyə baş nazirinin oğlunun toyunda nikah şahidi oldu

img

18-11-2013 [18:28]


Azərbaycan baş nazirinin keçmiş birinci müavini Abbas Abbasov Türkiyənin keçmiş baş naziri Məsud Yılmazın oğlunun toyunda nikah şahidi olub. İstanbulun "Çırağan" sarayında keçirilən toyun xəbərini Türkiyənin nüfuzlu "Hürriyət” qəzeti yayıb.

Məsud Yılmazın oğlu Həsən Yılmaz Rizəli iş adamı İbrahim Öztürkün qızı Bərna ilə evlənib. Onların nigahını İstanbulun Şişli bələdiyyə başqanı Mustafa Sarıgül kəsib. Abbas Abbasovla yanaşı Bərna Tokar, Məhmət Çingiz, Muhəmməd Öztürk də cütlüyün nigah şahidi olub.
Toya Türkiyənin siyasət və iş dünyasının ünlüləri qatılıb. Bu sırada Aydın Doğan, Əhməd Zorlu, Ömər Sabançı, Əli Ağaoğlu, Hüsaməddin Özkan, İlhan Kəsici də var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA