Prezidentin köməkçisi: "Ermənistanın humanitar atəşkəs istəməsi ikiüzlülükdən başqa bir şey deyil”
28-10-2020 [15:45]
“Biz beynəlxalq ictimaiyyətə öz çağırışımızı edirik”.
Mia.az xəbər verir ki, bunu Azərbaycanda akkreditasiya olunmuş xarici ölkələrin səfirləri üçün bu gün ADA Universitetində keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, Bərdədə yaralıların sayında artım olacağı istisna olunmur: “Hazırda Bərdə şəhərində bizim təhlükəsizlik orqanlarımız çalışır. Beynəlxalq ictimaiyyətə çağırış edirik ki, Ermənistan bu müharibə cinayətlərinə son qoymalıdır. Onlar Gəncədə olduğu kimi ballistik raketlərdən istifadə edirlər. Bu, Azərbaycana qarşı terrorçuluqdur. Bu, eyni zamanda irqçiliyin bariz nümunəsidir. Onlar bizim mülki şəxslərimizə, yaşlılarımıza, uşaqlarımıza qarşı hərbi cinayət törədirlər. Ermənistan bunun cavabını verəcək. Bu, eyni zamanda etnik təmizləmə siyasətidir və Xocalı soyqırımının davamıdır. Ancaq vasitələr və alətlər dəyişir. O zaman Xocalı soyqırımında Ermənistan rəhbərliyi birbaşa Silahlı Qüvvələrdən istifadə edərək mülki şəxsləri öldürürdülər. 600-dən çox mülki şəxs Xocalı soyqırımı zamanı qətl edilib. 20-25 ildən sonra onlar eyni şeyi edirlər.
İndi isə onlar beynəlxalq konvensiyalarda qadağan olunmuş silah-sursatdan istifadə edərək mülki şəxslərə hücum edirlər. Eyni zamanda, onlar söyləyir ki, guya Azərbaycan da bu silah-sursatdan istifadə edir. Amma biz görürük ki, onlar mülki şəxslərin sıx şəkildə yaşadığı yerlərdə bu silahlardan istifadə edirlər. Bu, soyqırım aktıdır, Ermənistanın siyasi rəhbərliyi tərəfindən törədilən cinayətdir. Ermənistan tərəfi bunu edərək bizim iradəmizi daha da gücləndirir. Bu hücumlar bizi daha da güclü edir. Ermənistanın iç üzü bununla daha əyani şəkildə görünür. Ermənistanın humanitar atəşkəs istəməsi riyakarlıq və ikiüzlülükdən başqa bir şey deyil”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi