Təhsil Nazirliyi orta məktəblərdə yoxlamalar aparacaq

img

18-11-2013 [16:15]




Təhsil Nazirliyi ucqar orta məktəblərdə şagirdlərin davamiyyətinə nəzarət məqsədilə yoxlamalar aparmağı planlaşdırır.

 Təhsil Nazirliyindən daxil olan məlumata görə, şagirdlərin dərsə davamiyyətinə nəzarətlə bağlı məsələlər təhsil işçilərinin sentyabr konfranslarında ciddi müzakirə olunub. 

Bu məqsədlə məktəb direktorlarına lazımi təlimati göstərişlər verilib. Təhsil şöbələri məktəblərdə davamlı araşdırmalar aparır.

Qeyd edək ki, Təhsil Nazirliyi seçmə yolla yoxlamalar aparmağı planlaşdırır və dərs ilinin I yarısının sonunadək bu sahədə müvafiq işlər həyata keçirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA