Məhərrəm Əlyevin keçmiş müavini Dubayda zaminə götürüldü - 7 milyonluq fırıldaq

img

18-11-2013 [15:18]


Dubayda həbs olunan Cavadağa Sultanov Azərbaycan səfirliyi tərəfindən zaminə götürülüb.

Bu barədə SalamNews-a Dubayda yaşayan Azərbaycan vətəndaşları məlumat veriblər. Bildirilib ki, Cavadağa Sultanovun şəxsən səfir Elxan Qəhrəmanovun müdaxiləsi ilə azadlığa çıxıb.

Soydaşlarımız deyiblər ki, Azərbaycanda bir sıra ağır cinayətdə adı hallanan və 7 milyon dollarlıq fırıldaqla bir neçə azərbaycanlını ağır duruma salan bu şəxsin səfirlik tərəfindən zaminə götürülməsi söz-söhbətə səbəb olub.

Xatırladaq ki, Cavadağa Sultanov saxta çeklərlə 7 milyon dollar pulu mənimsəyib. Onun bu fırıldağı bir neçə azərbaycanlı iş adamını pis vəziyyətə salıb. Nəticədə onlar qeyd olunan fırıldağın qurbanı olublar və digər şəxslərin qarşısında cavabdeh qalıblar.

Dubayda yaşayan iş adamlarının dediyinə görə, Cavadağa Sultanov ermənilərlə əlbir olaraq dəfələrlə Azərbaycanlı iş adamlarını aldadıb və onların pullarını mənimsəyib.

Soydaşlarımızın müraciətində bildirilir: "Bütün işlərini ermənilərlə görən, azərbaycanlı iş adamlarının pulunu ermənilərə yedizdirən və oturub-durub Azərbaycan dövlətinin əleyhinə təbliğat aparan adamın səfirliyimiz tərəfindən azadlığa çıxarılması bizi çox məyus edir. Ümid edirik ki, hər zaman bizlərə dəstəyini hiss etdirən dövlətimiz və XİN bu məsələyə biganə qalmayacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA