Nazirlik tələbə köçürməsinə dair yeni qaydalar hazırlayıb

img

18-11-2013 [15:06]


"Ali təhsilin bakalavriat səviyyəsində müəllim hazırlığı aparılan ixtisaslar üzrə yeni nəsil təhsil proqramları hazırlanıb, ekspertizası keçirilib və təsdiq edildikdən sonra növbəti tədris ilindən onların tətbiqinə başlanılması nəzərdə tutulur”.

Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilib ki, bu proqramların əvvəlki təhsil proqramlarından əsas fərqli cəhəti odur ki, onlar hazırlanacaq mütəxəssislərin bilik, bacarıq və kompetensiyalarına əsaslanır və proqrama daxil olan fənlərin məzmunu tələbələrin həmin bilik, bacarıq kompetensiyalara yiyələnməsini təmin edir.

Eyni zamanda Təhsil Nazirliyi tərəfindən ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin bir təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülmələri ilə bağlı yeni qaydalar hazırlanıb.

"Hazırda onların müzakirəsi başa çatmaqdadır. Sənəd təsdiq olunduqdan sonra növbəti ildən tətbiqi nəzərdə tutulur. Qaydalarda tələbələrin köçürülmələrinə dair müəyyənləşdirilmiş şərtlər köçürülmə prosedurunun asanlaşdırılmasına yönəlib”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA