Ceyhun Bayramov Rusiya mediasına danışdı: "Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozub"
27-10-2020 [16:37]
“Beynəlxalq ictimaiyyətin lazımi praktik reaksiyasının olmaması Ermənistan tərəfində qələbə eyforiyası və hər şeyin mümkünlüyü ilə bağlı yalançı illüziya yaradıb”.
Bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Rusiyanın “Milli müdafiə” jurnalına müsahibəsində deyib.
Onun sözlərinə görə, 27 sentyabr hadisələrinə səbəb olan amillər arasında beynəlxalq ictimaiyyətin kifayət qədər fəal olmayan mövqeyini də qeyd etmək lazımdır: “Azərbaycan ərazilərini hərbi işğal altında saxlamağa davam edən Ermənistan Azərbaycana qarşı təcavüz edərək beynəlxalq hüququ kobud şəkildə pozub. Hətta BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin qəbul edilməsi də Ermənistanın təcavüzünü dayandırmaq və onun nəticələrini aradan qaldırmaq üçün yetərli olmayıb”.
Nazir bir sıra beynəlxalq böhran və münaqişələrdə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin çox operativ və tam şəkildə yerinə yetirildiyini xatırladıb.
“Ermənistanın təcavüzü məsələsində isə onlar, təəssüf ki, kağız üzərində qaldılar. Ermənistan BMT qətnamələrini yerinə yetirməkdən imtina etdi və dünyada heç kim təcavüzkar dövləti hesabat verməyə çağırmadı. Bu, ikili standartların tətbiq edilməsinin haqsız təcrübəsidir”, - C.Bayramov söyləyib.
“Paşinyan administrasiyası iki ildən çoxdur 27 sentyabr hadisələrinə doğru irəliləyirdi. Onları hər mərhələdə, növbəti təxribat xarakterli bəyanat və ya hərəkətdən sonra dayandırmaq olardı və bu, lazım idi. Bunun üçün bütün siyasi, diplomatik imkanlar var idi. Təəssüf ki, bu, baş vermədi. Əvəzində Ermənistan və Azərbaycana ünvanlanan, barışığa çağıran və tərəflər arasında tarazlığın qorunmasına yönəlmiş bitərəf bəyanatlar eşitdik. Bu yanaşma heç nəyə yaramadığını sübut etdi. Təcavüzkar ilə təcavüz qurbanını, işğalçı ilə işğal qurbanını müstəviyə qoymaq ədalətsizlik və səhvdir”, - XİN başçısı bildirib/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi