Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün yeri və vaxtı məlum olub

img

18-11-2013 [14:36]


Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında görüş noyabrın 19-da Vyanada keçiriləcək. apa-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz "twitter” səhifəsində bildirib.

Hazırda Vyanada olduğunu qeyd edən diplomat bu görüşü səbirsizliklə gözlədiyini də vurğulayıb.

Qeyd edək ki, həmsədrlər səfərin təşkili ilə bağlı bir müddət əvvəl regiona səfər ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA