İranın Azərbaycandakı səfiri Mətbuat Şurasında: “Çox şadıq ki, Azərbaycanın İranla sərhəd rayonları işğaldan azad olunub”
27-10-2020 [15:29]
Oktyabrın 26-da İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Mətbuat Şurasında (MŞ) olub.
Şuradan Mia.az-a bildirilib ki, MŞ sədri Əflatun Amaşov Azərbaycan-İran münasibətlərinin hazırkı durumundan soz açıb.
O bildirib ki, bütün sahələrdə ölkələr arasındakı yüksək səviyyəli əlaqələr Azərbaycanın və İranın media orqanlarının fəaliyyətinə də müsbət təsirini göstərib.
MŞ sədri həmçinin Azərbaycan Ordusunun Qarabağ cəbhəsində əldə etdiyi uğurlar barədə söz açıb və qeyd edib ki, bu uğurlar Azərbaycan-İran sərhəd bütövlüyünü təmin edib. Bu isə son dərəcə vacib siyasi məqamdır.
“Azərbaycan öz torpaqlarını işğaldan xilas edir. Ölkəmizin işi haqq işidir. Əminik ki, Azərbaycanın cənub qonşusu olan dost İran dövləti də bu mübarizəmizdə bizə mənəvi dəstəkdir. Bunu hiss etmək çox xoşdur”, - Ə.Amaşov vurğulayıb.
Səfir Seyid Abbas Musəvi bildirib ki, İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlıdır. İslam Respublikası eyni zamanda Qarabağı da işğal olunmuş ərazi kimi tanımaqdadır. O, İranın müharibə başlayandan Ermənistanla hava və quru yolunu bağladığını bildirib. Hətta strateji əhəmiyyətə malik qida məhsullarının Ermənistana daşınmasının da dayandırıldığını diqqətə çatdırıb. Dağlıq Qarabağda fəaliyyət göstərən İran şirkətləri ilə bağlı yayılan məlumatlarla əlaqədar məsələyə gəlincə, səfir bildirib ki, İran ərazisində qeydiyyatdan keçmiş heç bir hüquqi şəxsin işğal olunmuş ərazilərdə işləmək haqqı yoxdur.
"Əgər bu sayaq hallar varsa, bunlar İrandan kənarda yaradılmış və qeydiyyatdan keçmiş qurumlardır. Biz çox şadıq ki, Azərbaycanın İranla sərhəd rayonları işğaldan azad olunub”, - deyən səfir Musəvi ordunun zəfərləri ilə bağlı Azərbaycan xalqını təbrik edib, şəhid olmuş Azərbaycan hərbçilərinin ailələrinə başsağlığı verib.
Səfir Seyid Abbas Musəvi həmçinin bildirib ki, rəhbərlik etdiyi diplomatik missiya hər zaman iki ölkənin media qurumları arasındakı münasibətlərin dərinləşməsinə çalışıb və bundan sonra da təşəbbüslərini davam etdirəcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi