Səlim Müslümovun islahatına ilk etiraz gəldi - İstefa

img

18-11-2013 [14:18]



Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Rauf Tağıyev tutduğu vəzifədən azad edilib. 

Mia.az SalamNews-a istinadən bildirir ki, Rauf Tağıyev özü ərizə yazaraq nazir Səlim Müslümovdan işdən getməsini xahiş edib: "İndi mən nazirliyin işçisi deyiləm".

 Xatırladaq ki, Dövlət Sosial Müdafiə Fondunun Maliyyə-büdcə şöbəsinin müdiri İdris İsayev nazir Səlim Müslümovun əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsinə təyin olunub.

Rauf Ağayevin istefası da xidmətə yeni rəisin təyinatı ilə əlaqələndirilir.

Mia.az-ın xəbərinə görə, yeni rəis təyinatından sonra xidmətdə yüksək vəzifədə işləyənlərə təzyiqlər başlanılıb: "Xidmət rəisi rəhbərlik etdiyi quruma öz adamlarını gətirmək üçün Füzuli Ələkbərovun dövründən vəzifə tutanlara qarşı basqı qurub. O, yeri gəldi-gəlmədi, köhnə işçiləri kollektivin qarşısında sərt tənqid, bəzi hallarda onları təhqir də edir.

Görünür, Rauf müəllim də bu cür idarəetmədə işləyə bilməyəcəyindən nazirin adına ərizə yazmalı olub".

Xəbərlə bağlı araşdırmalarımız olacaq!


 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA