Deputat: “Həmsədr ölkələr xüsusilə ehtiyatlı və balanslı davranmalıdır”
27-10-2020 [11:38]
“Biz bəzi ölkələrin, müəyyən xarici kütləvi informasiya vasitələrinin məsələyə qeyri-obyektiv, ədalətsiz münasibətinin şahidi oluruq”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Soltan Məmmədov deyib.
O, bu xüsusda hərbi əməliyyatlar bölgəsindən obyektiv reportaj hazırladığına görə “Fransanın “TF1” telekanalının əməkdaşı Liza Budulun erməni diasporu və lobbisinin təzyiqlərinə, təhdidlərinə məruz qalmasına laqeyd münasibəti xüsusilə vurğulayıb: “Təəssüf ki, Fransanın hüquq-mühafizə orqanları bu açıq təhdidi araşdırmaq, hüquqi qiymət vermək üçün heç bir addım atmır. Hesab edirəm ki, bu cür münasibət söz və mətbuat azadlığı, demokratiya kimi bəşəri ideallara yüksək önəm verən Fransa dövlətinin imicinə uyğun gəlmir. Söz azadlığının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlar, dünyanın aparıcı media qurumları, insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən təşkilatlar məsələyə reaksiya verməlidir. Yenə də təəssüflə bildirməliyəm ki, biz burda da qəribə bir etinasızlığın şahidi olmaqdayıq”.
Deputat Fransanın parlament nümayəndə heyətinin Ermənistana səfər etməsi ilə bağlı da fikirlərini bölüşüb: “Hər bir ölkənin parlament üzvünün istənilən digər ölkəyə səfər etməsi təbiidir. Lakin Fransalı həmkarlarımızın bu səfərinin müharibə getdiyi bir vaxta təsadüf etməsi, eyni zamanda, münaqişə tərəfi olan ölkələrdən yalnız birinin səfər proqramına daxil edilməsi təşəbbüsün xoşməramlı olduğuna haqlı şübhələr yaradır. Bu cür səfərlər Azərbaycan ictimaiyyətində ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın danışıqlar prosesində neytral mövqedən çıxış edəcəyinə inamı artırmır, əksinə mövcud narahatlıqları daha da dərinləşdirir.
Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri kimi, mən bunu fransalı dostlarımızın da diqqətinə çatdırmışam. Cənab Prezidentin də dəfələrlə vurğuladığı kimi, bu cür məsələlərdə həmsədr ölkələr xüsusilə ehtiyatlı və balanslı davranmalıdır. Azərbaycanla Fransa iqtisadi, mədəni, siyasi və digər sahələrdə çox uğurla əməkdaşlıq edir. Biz ötən müddətdə qarşılıqlı əlaqələrin inkişafı sahəsində böyük nailiyyətlər əldə etmişik. Dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlər xalqlarımız arasında da qarşılıqlı etimadın, anlaşmanın dərinləşməsinə öz töhfəsini verib. Lakin bu cür birtərəfli təşəbbüslər uzun illər ərzində qazanılmış bu etimadı zədələyə bilər”/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi