HƏMSƏDRLƏR BİRGƏ BƏYANAT VERDİ: "Qəbul edilən baza prinsiplərinə uyğun olaraq..." - MƏTN
26-10-2020 [00:47]
Bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər.
Məlumata görə, bəyanatda qeyd olunub ki, həmsədrlər 24 oktyabrda Vaşinqtonda Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşüblər, xarici işlər nazirləri və ABŞ Dövlət Katibinin müavini Stiven Biqan ilə birgə iclasda iştirak ediblər. ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də görüşlərdə iştirak edib.
Həmsədrlər tərəfləri öhdəliklərinə uyğun olaraq 10 oktyabrda Moskvada imzalanmış birgə bəyanatın bütün aspektlərini həyata keçirmək üçün təcili addımlar atmağa çağırıblar və bu öhdəlikləri 18 oktyabrda Parisdə təsdiqlədiklərini qeyd ediblər.
Həmsədrlər tərəflərə hərbi əməliyyatları dərhal dayandırmağa və ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsində Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün əsaslı danışıqları bərpa etməyə çağıran Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron və Rusiya Prezidenti Vladimir Putinin 1 Oktyabr 2020-ci il tarixli ortaq bəyanatını, həmçinin Amerika Birləşmiş Ştatları Dövlət Katibi Maykl Pompeonun, Fransanın Avropa və Xarici İşlər Naziri Jan-İv Le Drianın və Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrovun 5 oktyabrdakı birgə bəyanatını xatırladıblar.
Həmsədrlər və xarici işlər nazirləri intensiv müzakirələr zamanı təcili humanitar atəşkəsin tətbiq olunmasını, atəşkəsin monitorinqinin mümkün parametrlərini və 10 oktyabrdakı birgə bəyanata uyğun olaraq hərtərəfli həll yolunun əsas substantiv elementlərinin müzakirəsinə başlamağı müzakirə ediblər. Həmsədrlər və xarici işlər nazirləri oktyabrın 29-da Cenevrədə görüşərək, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün lazım olan bütün addımları müzakirə etmək, razılığa gəlmək və həyata keçirməyə başlamaq üçün Azərbaycan və Ermənistan liderləri tərəfindən qəbul edilən baza prinsiplərinə uyğun olaraq yenidən bir araya gəlməyi qəbul ediblər.
Bəyanatı ATƏT-in Minsk qrupunun həmsədrləri - Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və Amerika Birləşmiş Ştatlarından Andryu Şofer yayıblar/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi