"Google" ilə "Microsoft" pornoya qadağa qoydu

img

18-11-2013 [12:35]


"Google" ilə "Microsoft" uşaq istismarı məzmunlu fotoşəkilləri məhdudlaşdırmaq üçün razılığa gəlib.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, internetdə olan təxminən 100 min uşaq istismarı məzmunlu fotoşəkilə giriş əngəllənib.

"Google" və "Microsoft" uşaq istismarı məzmunlu fotoşəkil axtaranları isə səhifələrində xəbərdar edərək, uşaq pornosu və istismarının qeyri-qanuni olduğu xəbərdarlığı edib.

İngiltərə Baş naziri Devid Kameron, iki şirkəti bu razılaşmaya görə təbrik edib. Kameron, razılaşmanın əhatəsinin genişləndirilməsini də tələb edib.

Qeyd edək ki, İngiltərə Baş naziri Devid Kameron iyun ayında "Google" ilə "Microsoft"un axtarış mühərriki "Bing"ə müraciət edərək uşaq istismarına qarşı tədbir almalarını istəmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA