Füzuli Ələkbərovun qardaşı rayondakı villasını satıb, sabiq nazir bağ evindədir

img

18-11-2013 [12:19]



Oktyabrın 22-də əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilən Füzuli Ələkbərovun sonrakı vəziyyəti cəmiyyət üçün maraqlı mövzulardan biri olaraq qalır.

 Vəzifəsindən azad edildikdən sonra evində biznes strukturlarında qəfil yoxlama xəbərlərinin dövriyyəyə buraxılmasına baxmayaraq, bunların heç biri rəsmi təsdiqlənməyib.

 Mia.az "Reytinq” qəzetinə istinadən xəbər verir ki, sabiq nazir Füzuli Ələkbərov hal-hazırda Azərbaycandadır. O, heç yerə getməyib: «Xəbər yayılıb ki, guya sabiq nazir biznes işləri ilə bağlı ölkəni tərk edib. Amma bu yalandır. O, bağ evindədir biznes işləri ilə məşğuldur».

 Xəbəri verən şəxs Ələkbərovun vəzifədən getdikdən sonra yoxlanıldığını isə təkzib, təsdiq edib: «Bunu mən deyə bilmərəm. Amma bildiyim odur ki, nazir olmamışdan əvvəl sonra da hansı biznes sahələrinə rəhbərlik edirdisə, yenə həmin sahələr onun nəzarətindədir. Ancaq qardaşı, keçmiş icra başçısı Nizami Ələkbərov vəzifədən çıxarıldıqdan sonra bir çox əmlaklarını satdı. Hətta İsmayıllı rayonuna təyinatının ilk ayında 90 minə aldığı sonradan möhtəşəm təmir etdiyi villanı da satdı».

guya

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA