Polkovnik yeni nazirə istefa ərizəsi yazdı

img

18-11-2013 [12:08]



Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri (HHQ) və Hava Hücumundan Müdafiə (HHM) qoşunlarında xidmət keçən polkovnik Faiq Məmmədov ordu sıralarından tərxis olunmaq üçün müdafə nazirinə müraciət edib.

AzNews.az-ın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, Faiq Məmmədov uzun müddət HHQ və HHM qoşunlarının Bakı yaxınlığındakı hərbi hissələrindən birinin komandiri olub. Sabiq komandan, general-leytenant Rail Rzayevin ən yaxın adamlarından biri kimi tanınıb.

F. Məmmədovun adı bir sıra neqativ məsələlərdə, cinayət tərkibli işlərdə də hallanıb. Onun tərxis istəyinin bununla bağlılığı ehtimal olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA