Zakir Həsənov nazirliyin nəşriyyat rəisini də işdən azad edib - Açıqlama

img

17-11-2013 [23:49]


Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatının keçmiş rəisi, istefada olan polkovnik Pənah Abdullayev özü haqqında son günlər bəzi KİV-də çıxan məlumatlar haqda danışıb.

Mia.az Anspress.com-a istinadən xəbər verir ki, polkovnik işdən azad olunduğunu təsdiqləyib: 

"Mən 12 noyabr 2013-cü il tarixində müdafiə naziri, general-polkovnik Zakir Həsənovun imzaladığı əmrlə tutduğum vəzifədən azad edilmişəm. Bu normal haldır, çünki hərbi sahədə heç bir əmr müzakirə olunmur, sadəcə yerinə yetirilir. Bu məsələ ilə bağlı artıq söz-söhbət yaratmağa da ehtiyac yoxdur”.

Onu da qeyd edək ki, P. Abdullayev uzun müddət hərbi sahədə çalışıb, əvvəllər bir neçə rayonun hərbi komissarı olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA