"Paşinyanı Çauşeskunun taleyi gözləyir” - Deputatdan təhlil
22-10-2020 [14:15]
“Dünən Ali Baş Komandan İlham Əliyev tərəfindən bəyan edilən 21 kənd və bir qəsəbənin azad olunması xəbəri, Müzəffər Ordumuzun bütün döyüş xətti boyu əldə etdiyi nailiyyətlər, o cümlədən uğurlu Zəngilan əməliyyatı 26 gündür davam edən “sülhə məcbur etmə” adlı müharibənin qələbə ilə başa çatmasında misilsiz rol oynayacaq”.
Mia.az xəbər verir ki, bu sözləri Musavat.com-a açıqlamasında STM İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc bildirib.
Onun sözlərinə görə, rəşadətli əsgər və zabitlərimizin fədakarlığı sayəsində cənub cinahında qoşunlarımızın Ermənistanla sərhədə qədər irəlilədiyini görmək olar:

“Bu, istər strateji, istər taktiki baxımdan savaşın müqəddaratını həll edəcək. İranla sərhədə tam nəzarətin təmin olunması silahlı əməliyyatların coğrafiyasını qonşu ərazilərə keçirmək istəyən düşmənin planlarını məhv edir. 70 kmdən artıq sərhəd zolağının tam nəzarət altına alınması, çoxəsrlik keçmişimizin, o cümlədən Gülüstan və Türkmənçaya aparan 200 il əvvəlki hadisələrin axarını dəyişir, tarixi Araz çayının sahillərinə toparlanıb milli ordumuzun qəhrəmanlığını alqışlayan sıravi İran vətəndaşlarının təhlükəsizliyini, eləcə də rəsmi Tehran hakimiyyətinin ölkəmizlə dostluq münasibətlərinə və tərəfdaşlığına sadiq qalması üçün böyük əhəmiyyət kəsb edir”
Millət vəkili bildirib ki, Naxçıvanla ən yaxın quru sərhədinin, o cümədən tarixi Zəngəzurla qonşuluğun və Nüvədi-Meğri dəhlizinin ön dağlıq hissələrinə gətirib düzülən Rusiya bayraqları Zəngilanın ən ucqar nöqtəsi olan Ağbənd kəndinin strateji qovşaq olduğuna təminat verir:
“Bununla da indiyədək azad olunmuş 121 kənd, qəsəbə və 4 rayon mərkəzinin, eləcə də qazanılmış strateji yüksəkliklərin yaxın hərbi əməliyyat şəraitinə diqtə etməyə şərait yaratması Qarabağın və işğal olunmuş torpaqların yarısına Şanlı Ordumuzun nəzarət etməsinin sübutudur, dünya hərb tarixinin istər klassik, istərsə də müasir dövrünün ən parlaq səhifələridir. Birinci və ikinci müdafiə xətlərinin darmadağın edilməsi və arxa cəbhədə qısa müddətdə dayanıqlı istehkamlar qura bilməmək Ermənistanın hərbi kapituliyasiyasını qaçılmaz edir”.
Zahid Oruc dünən İrəvan rəhbərliyinin xalqa dördüncü dəfə səfərbərlik çağırışı ilə müraciət etməsinin 40 minlik ordunun döyüş meydanlarında məğlub olmasının məsuliyyətini vətəndaşlarla bölüşməyə çalışmasını göstərdiyini vurğulayıb:
“Kənd icra orqanlarının marzaları, bələdiyyə rəhbərləri, uğursuz sorosçu şəhər merləri isti kabinetlərini göydən tökülən kamikadze dronlarının yağışı altına və soyuq səngərə dəyişəsi deyillər. Dünən Ermənistanda sabiq prezidentlərin görüşü dövlət idarəçiliyi böhranının pik nöqtəyə, prezident Armen Sarkisyanın isə KTMT-yə deyil, NATO rəhbərliyi ilə görüşə gedərək ümidsiz qayıtması xarici siyasət kursunun iflası deməkdir. 220 illik savaşı prezident İlham Əliyevə uduzan və bununla da 10 milyonluq dünya erməniçliyinin tarixi ideallarını qoruya bilməyən Paşinyanı Rumıniyanın sabiq lideri Çauşeskunun taleyi gözləyir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi