Etibar Məmmədovun iş adamı dostu həbs edildi

img

16-11-2013 [20:27]


 Vaxtilə Etibar Məmmədovun sədrlik etdiyi AMİP-də nüfuzlu şəxslərdən sayılan iş adamı Vaqif Musayev həbs olunub. Bu barədə Gunxeber.com-a özəl mənbələrdən məlumat daxil olub. V.Musayevin Bakıda həbs edildiyi məlum olsa da, onun hansı səbəbdən tutulduğu bəlli deyil.

Son zamanlar səhhətinin ağır olduğu deyilən V.Musayevin həbsə qədərki fəaliyyətilə bağlı da elə bir məlumat yoxdu. Zamanında isə o imkanlı iş adamı kimi tanınırdı. Hətta bir müddət AMİP-in əsas "pul kisəsi” sayılırdı.

Məhz buna görə, 2000-ci ilin parlament seçkilərində V.Musayev AMİP-də Şadman Hüseyn, Nazim İmanov kimi nüfuzlu simaları qabaqlayaraq partiyanın proposional seçki siyahısında Etibar məmmədovdan sonra ikinci yeri tutmuşdu. Amma həmin seçkilərdə AMİP-in tələb olunan 6 faizlik baryeri keçə bilmədiyi elan olundu və bundan bir müddət sonra daha V.Musayev siyasətdə görünmədi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA