TƏBİB rəsmisi: “Koronavirusa yoluxma saylarının artması bir sıra amillərdən asılıdır"
22-10-2020 [12:01]
“Koronavirusa yoluxma saylarının artması bir sıra amillərdən asılıdır. Birincisi, soyuq fəsildir, qış fəsli gəlir. Soyuq fəsillərdə adətən tənəffüs infeksiyalarının artması müşahidə olunur, o cümlədən, COVID, qrip və qripəbənzər xəstəliklər arta bilər”.
Bunu TƏBİB-in V.Y.Axundov adına Elmi-Tədqiqat Profilaktika İnstitunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov deyib.
O bildirib ki, son günlər təmaslar da artıb: “Demək olar ki, artıq sərt karantin rejimi yoxdur. Yəni təmaslar artıb, yaxın günlərə qədər məktəblərdə tədris adi qaydada davam etdirilirdi. Üçüncü isə insanların bu qaydalara riayət etməməsidir. Bunun da səbəblərindən biri odur ki, son günlər müharibə ilə bağlı sanki xəstəlik psixoloji olaraq ikinci plana keçdi. Ona görə bu amillər hamısı yoluxma sayının atmasına gətirib çıxarır. Amma hazırda yoluxma sayının artımında günahlarımızı özümüz aradan qaldırmalıyıq. Çünki yoluxma sayının artımı olanda xəstəxanalar, səhiyyə sistemi yüklənməyə başlayır, bu dəqiqə hamımız səhiyyə sistemimizə əlavə yüklənməməyə çalışmalıyıq. Çünki səhiyyə sistemimiz hazırda müharibənin nəticələrinə xidmət etməlidir. Səhiyyə daha çox bu işlərlə məşğul olmalıdır. Biz də virusa yoluxub, səhiyyəyə yük olmayaq, xəstəxana yerlərini doldurmayaq.
Elə edək ki, hamımız birlikdə yaxşı qorunaq, yoluxma sayları həddən çox olmasın ki, insanlar xəstəxanaya çox müraciət etməsinlər. Klinikalar boş olsun, lazım gəldikdə onlar yararlılara xidmət göstərsinlər”.
A.Qurbanov qeyd edib ki, COVID-dən qorunma tədbirlərinə əməl etmək bu dəqiqə vətənpərvərlik hisslərinin ən yaxşı ifadəsidir: “İndi əvvəlkindən daha yaxşı başa düşməliyik ki, müharibə gedir, arxa cəbhədə heç bir problem olmamalıdır. Hamımız buna dəstək göstərməliyik ki, ordumuz qələbələrini davam etdirsin. Bu gün kimsə maska taxmır, məsafə saxlamır və gigiyena qaydalarına əməl etmirsə, demək, onda vətənpərvərlik hissi yoxdur”.
Direktor müavini şəhidlərin yas mərasimlərində iştirak edənlərə də müraciət edib: “Şəhidlərimiz var, Allah rəhmət eləsin. Sözsüz ki, cəbhədə ağır yararlananlar da var. Müharibənin qayda-qanunu belədir. Müharibə itkisiz, yaralanansız olmaz. Bunu hamı bilir. Düzdür, insanlarımız da istər şəhidlərin, istərsə də yaralıların olmasına qarşılıqlı anlayış göstərirlər. Çünki bizim insanlar çox vətənpərvərdir. Hamı deyir ki, təki Vətən sağ olsun, torpaqlarımız azad olunsun. Bu hissləri biz hamıda görürük. Bu, doğrudan da çox yüksək hisslərdir. Yaralıların yanına gələnlər, onlara baş çəkənlər, şəhidlərimizin dəfn mərasimində iştirak edənlər olur. Amma bu zaman heç kəs qorunma tədbirini yadından çıxarmamalıdır. Bəzən şəhidlərimizin yaxın adamları virusdan qorunmanı fikirləşə bilmirlər, biz onları başa düşürük. Amma onlar həm də bilməlidir ki, bu gün bir itkimiz varsa, sabah bir neçə itki əlavə oluna bilər. Koronavirusdan da qorunmaq lazımdır. Həmin məclislərdə iştirak edənlər hamısı bir nəfər kimi bilməlidirlər ki, bizim aramızda gözə görünməyən bir düşmən də var. O gözə görünməyən düşmənlə mübarizə qaydasını da bilirk. Cəbhədəki düşmənimiz gözəgörünəndir. Gərək bu məsələlərin hamısını insanlar yaxşı bilsin. Hazırda cəbhədə olmayan insanların qarşısında bir vəzifə var, o da virusdan qorunmaq. Koronavirusdan qorunmaqla biz özümüzü, ətrafdakıları qoruyuruq və arxa cəbhədəki işlərin bir hissəsini öz üzərimizə götürmüş oluruq”/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi