Sulutəpədə kasıbların evləri söküldü - VİDEO

img

16-11-2013 [20:21]


Bu gün saat 16 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsində, Moskva Dövlət Üniversitetinin Bakıdakı filalına yaxın ərazidə yaşayış evlərin söküntüsü həyata keçirilib. Hadisə yerində olan "Bizim Yol"un reportyorlarının verdiyi məlumata görə, azı 15 ev sökülüb. Sökütnü yerli sakinlərə qarşı zorakılıqla müşayət olunub və yararalananlar var.  

Söküntünü rayon icra hakimiyyəti və bələdiyyə nümayəndələri rayon polis idarəsinin əməkdaşlarının müşayəti ilə həyata keçiriblər. Əgər bir müddət bundan əvvəl əksəriyyəti yeni tikili oaln və yaşayış olmayan verlər sökülürdüsə, bu dəfə 2012-ci ilin əvvələrində olduğu kimi, çoxdan tikilmiş, içində yaşayış olan evlər sökülüb. Belə ki, bəzi evlərin əşyaları bayıra çıxarılısa da, əşyaları ilə birgə sökülən evlər də var.

Ən dramatik mənzərələrdən biri də Kəlbəcər rayonundan olan məcburi köçkün olan Əliveyevlər ailəsi ilə bağlı olub. Evi sökülən Vüsalə Əliyeva 4 azyaşlı uşağı ilə nə edəcəyini bilmədiyini deyib.

Sakinlər apardıqları tikilinin yuxarıda adı çəkilən strukturların icazəsi ilə həyat keçirdiklərini bildiriblər.

Ən maraqlı məqamlardan biri də odur ki, sökülən əsasən kasıbların yaşadığı 1-2 otaqlı evlər olub. Söküntü aparılan yerdə isə inşa edilməkə olan villalara kimsə əl vurmayıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA