Bakıda polis qətlə yetirildi

img

16-11-2013 [13:27]



Bu gecə Bakının Xətai rayon ərazisində qətl hadisəsi törədilib. Rayon Polis İdarəsinin 34-cü polis bölməsindən Anspress-ə verilən məlumata görə, Neapol prospekti, 43 ünvanında yerləşən 432 saylı liseyin yataqxanasının həyətindən 1978-ci il təvəllüdlü Rəşad Nurəddin oğlu Həsənovnun cəsədi tapılıb.

İlkin müayinə zamanı meyitin baş nahiyəsində küt alətlə yetirilmiş xəsarətlə aşkarlanıb. Dərhal hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Qətlin kim tərəfindən hansı şəraitdə və nə səbəbdən törədilməsi araşdırılır.

Qeyd edək ki, R.Həsənov Sabunçu rayon mühafizə şöbəsində polis serjantıdır. Onun evli olduğu və iki uşaq atası olduğu bildirilir. Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA