Maştağa dəlixanasından 4 xəstə qaçdı - Təfərrüat

img

16-11-2013 [12:35]


Azərbaycan paytaxtında ruhi xəstələr ruhi əsəb dispanserindən qaçıb. Bu barədə APA-ya Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsindən məlumat verilib.

Məlumata görə, Maştağa qəsəbəsində yerləşən 1 saylı ruhi əsəb dispanserində müalicə alan 4 nəfər xəstəxanadan qaçıb. Onlar qaçarkən xəstəxanada xidmət aparan polis əməkdaşına da xəsarət yetiriblər.

Xəstələrin saxlanılması üçün xüsusi qrup yaradılıb. Hazırda onların tutulması istiqamətində tədbirlər davam etdirilir.
Psixiatriya xəstəxananın baş həkimi Ağahəsən Rəsulov "Trend"ədeyib ki, həmin xəstələr gecə qapını sındıraraq xəstəxanadan qaçıblar.

Baş həkimin sözlərinə görə, həmin xəstələr xeyli müddətdir ki, xəstəxanada müalicə olunurlar: "Onlardan biri 3,5 il, biri 1,5 il, biri yarım ildir ki, xəstəxanada müalicə edilirlər. Hazırda həmin xəstələrin geri qaytarılması istiqamətində ciddi işlər aparılır".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA