Səfir: "Dağlıq Qarabağ regionunda yaşamaq oradan zorla qovulmuş azərbaycanlıların da haqqıdır"
20-10-2020 [14:18]
İtaliyanın nüfuzlu “Il Giornale” qəzetinə bağlı “Insideover” portalında jurnalist Mauro İndelikatonun müəllifi olduğu “Nə üçün Dağlıq Qarabağa münasibətdə Trentino-Cənubi Tirol modelindən danışılır?” başlıqlı məqalə dərc olunub.
Mia.az xəbər verir ki, müəllif məqaləsində Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və Minsk konfransının ilk sədri olmuş İtaliyanın o zamankı Xarici İşlər nazirinin müavini Mario Raffaellinin fikirlərinə geniş yer verir.
M.İndelikato məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun başvermə səbəbləri haqqında danışaraq, erməni və azərbaycanlı icmaların birgə yaşadığı Dağlıq Qarabağ regionunun tarixən Azərbaycan ərazisi olduğunu, regiona 1923-cü ildə sovet dönəmində Azərbaycan Respublikasının tərkibində muxtar vilayət statusu verildiyini, SSRİ-nin dağılmasından sonra regionla bağlı müharibənin başlandığını və münaqişənin hələ də həll olunmadığını diqqətə çatdırır. O, siyasi səviyyədə də məsələnin mürəkkəb olduğunu, bir tərəfdən hətta Ermənistan da daxil olmaqla heç bir dövlət tərəfindən tanınmayan “de-fakto müstəqil respublika”nın yaradıldığını, digər tərəfdən isə Azərbaycan hökumətinin Dağlıq Qarabağ və Ermənistanın işğalı altında olan digər ətraf yeddi rayonu yenidən azad etmək fikrindən heç zaman imtina etmədiyini vurğulayır.
Məqalədə münaqişənin sülh yolu ilə həlli ilə məşğul olan Minsk konfransının ilk sədri olmuş İtaliyanın o zamankı Xarici İşlər nazirinin müavini Mario Raffaellinin fəaliyyəti də xatırlanılır və onun məsələ ilə bağlı fikirlərinə yer verilir: “Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün 1992-ci ildə ATƏM (hazırkı ATƏT) tərəfindən Minsk qrupu yaradılmışdır. Onun tərkibinə doqquz dövlət: Almaniya, ABŞ, Belarus, Fransa, İtaliya, Rusiya, İsveç, Türkiyə və Çex Respublikası daxil idi və sədrlik mənim timsalımda İtaliyaya həvalə edilmişdi”. M.Raffaelli məhz həmin zaman nümunə kimi Trentino-Cənubi Tirol modelindən danışılmağa başlandığını bildirmiş və səbəb kimi bir dövlətin tərkibində yaşayan etnik azlıqla bağlı tətbiq olunmuş təcrübədən istifadə etməyin vacibliyini göstərərək, Trentino-Cənubi Tirol əyalətinin muxtariyyətinin o zaman öyrəniləsi modeli olduğunu və bu gün də aktuallığını itirmədiyini diqqətə çatdırmışdır.
M.Raffaelli qeyd edir ki, Dağlıq Qarabağın müstəqilliyi real deyil, eyni zamanda, Azərbaycan dövlətinin tərkibində adi statuslu muxtariyyət vədi regionda yaşayan ermənilər üçün qəbuledilməzdir. Bu halda Trentino-Cənubi Tirol modelində olduğu kimi, üçüncü yol dövlətin ərazi bütövlüyünə xələl gəlmədən beynəlxalq zəmanət altında əraziyə muxtariyyətin verilməsidir. Belə olduqda, hər iki tərəf razılığa gələrək məmnun qalır: azərbaycanlılar yenidən hazırda de-fakto Dağlıq Qarabağdakı qurum tərəfindən nəzarət edilən əraziləri öz dövlətlərinin tərkibində görürlər, ermənilər isə rəsmi səviyyədə erməni dilində danışmaq və bu dildən istifadə etmək imkanı verən muxtar regionda yaşayırlar və bütün bunlar beynəlxalq zəmanət altında həyata keçirilir.
Məqalədə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin məsələyə münasibətdə açıqlamalarından da sitat gətirilir: “İnanıram ki, Trentino-Alto Adice modeli İtaliyanın sülh prosesində daha fəal rol oynaya biləcəyi vacib elementlərdən biridir. Dağlıq Qarabağ regionunun erməni icması Azərbaycanda yaşayan etnik azlıqdır və öz müqəddəratını təyinetmə etnik azlıqların dövlətdən ayrılma hüququ demək deyil. Azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağdakı öz doğma torpaqlarına qayıtmasından sonra Trentino-Alto Adice modeli də daxil olmaqla dünyanın ən mütərəqqi modellərinin təcrübəsi əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ regionunun yekun statusu müəyyən oluna bilər və regionda erməni və azərbaycanlı icmalar birgə sülh şəraitində və ləyaqətlə yaşaya bilərlər”.
M.Əhmədzadə əlavə edir ki, Azərbaycan hökumətinin mövqeyi beynəlxalq hüquqa, Helsinki Yekun Aktına və 1993-cü il BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi də daxil olmaqla beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı sənədlərə əsaslanır. Səfir qeyd edir ki, İtaliyada tətbiq olunmuş model müxtəlif səbəblərdən həll yolu kimi təqdim oluna bilər. Dağlıq Qarabağ regionu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin erməni xalqının öz müqəddəratını təyin etməsi ilə bağlı heç bir əlaqəsi yoxdur, hansı ki, ermənilər Ermənistan dövlətini yaradaraq bu hüquqdan istifadə ediblər. Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasını tələb etmək dünyanın müxtəlif ölkələrinə səpələnmiş ermənilərin həmin ölkələrin birində yeni erməni dövlətinin yaradılmasını tələb etmək qədər məntiqsizdir.
“Dağlıq Qarabağ xalqı anlayışı yoxdur. Dağlıq Qarabağ regionunun hazırda həmin ərazidə yerləşən erməni icması və Ermənistan silahlı qüvvələri tərəfindən etnik təmizləməyə məruz qalaraq oradan zorla qovulmuş azərbaycanlı icması var. Dağlıq Qarabağ regionunda yaşamaq təkcə ermənilərin deyil, oradan zorla qovulmuş azərbaycanlıların da haqqıdır. Ermənistan tərəfinin azərbaycanlıların qovulması hesabına Dağlıq Qarabağ erməniləri üçün öz müqəddəratını təyinetmə hüququnu tələb etməsi mənasızdır və Ermənistanın Azərbaycanın ərazilərini ilhaq etmək niyyətinin əsl mahiyyətini üzə çıxarır”, - deyə M.Əhmədzadə fikrini yekunlaşdırır.
Məqalə ilə aşağıdakı linkə keçid edərək tanış olmaq mümkündür: https://it.insideover.com/politica/perche-si-parla-di-modello-trentino-sudtirol-nel-nagorno.html .
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi