"Elmin İnkişaf Fondu nə fəaliyyət göstərir, bəlli deyil, AAK isə..." - Deputatlar təhsillə bağlı etirazlar etdi, spiker isə..
20-10-2020 [13:28]
"Bizim qanunvericiliyə baxsaq, görərik ki, bir az sovet hökumətindən, bir az Rusiyadan, bir az ABŞ-dan, Bir az Türkiyədən götürülmüş sistem var”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
O bildirib ki, ərazi bütövlüyümüz təmin olunandan sonra “Təhsil haqqında” qanun yenidən müzakirəyə çıxarılmalıdır: “20 ildir, Boloniya eşidirik. Amma hələ də bilinmir ki, bu sistemə keçdik ya yox. Təbii ki, təhsil sahəsində xeyli islahat həyata keçirilib. Bir çox neqativ hal təhsil sistemindən çıxarılıb. İndi artıq qanunvericilik və təşkilati məsələlərdə islahatlar həyata keçirilməlidir. Təhsil millətin gələcəyidir. Burada elə islahatlar aparmalıyıq ki, gələcək nəsil düzgün istiqamətdə yönəlsin. Bakalavrdan sonra magistratura, aspirantura, sonra nə gəlir, bilinmir. Bu, nə qədər davam edəcək?! Bu gün universitetdə dərs deyənə Ali Attestasiya Komissiyası (AAK) qiymət verir. Belə müəllimlərin çoxunu heç tələbələr dərsə buraxmır. Biz ciddi şəkildə “Təhsil haqqında” qanuna yenidən baxmalıyıq”.
Deputat Razi Nurullayev isə qeyd edib ki, bu gün güclü təhsil sistemimiz var desək, yalan olar: “O qədər kiçik xalqlar var ki, möcüzələr yaradıb. Sinqapur, Vatikan kimi ölkələr elmi kəşflərlə tarix yazır. Biz də bunu edə bilərdik, amma bu təhsil sistemi ilə mümkün deyil. Azərbaycanda kosmik sahədə peyklərimiz olsa da, kadrlarımız yoxdur. Bizdə tibb sahəsində elmi araşdırmalar aparılmır. Aparılırsa, nəticə yoxdur.
Elmin İnkişaf Fondu fəaliyyət göstərir, amma nə fəaliyyət göstərir, bəlli deyil. Təklif edirəm ki, bu fondun nümayəndələrini Milli Məclisə dəvət edək bizə görülən işlərlə bağlı hesabat versinlər. Təhsillə bağlı yeni nazirdən gözləntilər var, amma bu tək nazirlə olan iş deyil. Bu gün təhsil sahəsində görülən işlər dəryada damladır. Biz nə qədər xarici istehsaldan və texnologiyadan asılı qalmalıyıq?! Biz İsrail kimi dövlət olmalıyıq”.
Milli Məclisin sədri Sahibə Qafarova isə Razi Nurullayeva cavabında bildirib ki, Azərbaycanda təhsil bitməyib : “Biz bu sahədə qanunvericiliyi təkmilləşdirməliyik, həmkarlarımın dediyi kimi”.
Deputat Emin Hacıyev isə bildirib ki, bütün uşaqlara xarici dil öyrənmək əlçatan olmalıdır: “Ölkədə dil öyrənməyi müxtəlif qlobal güclərin təsiri altına düşmən kimi qələmə verənlər yanılırlar. Bu gün müharibə şəraitində müharibədə qalib olmaq üçün xarici dil bilməyin nə qədər vacib olduğunu gördük. Hansı təbəqəyə aid olmasından asılı olmayaraq, dil öyrənmək əlçatan olmalıdır. Dil bilgisi heç bir ölkənin maraqlarına xidmət etmir. Prezident İlham Əliyevin xarici dillərdə verdiyi müsahibələr diplomatik sahədə qələbəmizi şərtləndirir. Heç bir dildə düzgün danışmayan Paşinyanla yanaşı, informasiya savaşında bizə qarşı olan xarici kanalları da Prezident xarici dillərdə möhtəşəm müsahibələri ilə mat qoydu”/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi