MM-də Qarabağdakı döyüşlər müzakirə olundu: "Avropa Şurasından da Ermənistan istədiyini ala bilmədi...”
20-10-2020 [12:18]
TBMM sədrinin Bakıya təşrif buyurması Azərbaycan xalqına, Dövlət başçısına, Milli Məclisə göstərilən qardaşlıq münasibətinə nümunədir”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.
O bildirib ki, bu səfər mənəvi, ictimai-milli gücümüzü artırır: “Ermənistanın azğın hücumlarının olduğu Gəncəyə səfər edilməsi də Azərbaycan, dünya, Türkiyə mediasında əksini tapacaq. Bu, Gəncə xalqına mənəvi, ruhi qida verəcək. Bu gün müxtəlif ölkələr Azərbaycanın haqlı mövqeyini artıq düzgün dəyərləndirir. Britaniyadan Türkiyəyə verilən reaksiyalarda Azərbaycanın haqq işinin dəstəklənməsi görünür. BP-nin baş Nazirimizə ünvanlanan məktubda, Almaniya rəsmilərinin açıqlamalarında da biz bu dəstəyi görürük. Avropa Şurasından da Ermənistan istədiyini ala bilmədi”.
Deputat Fəzail Ağamalı isə deyib ki, qəhrəman Silahlı Qüvvələrimiz və Ali Baş Komandanımızın rəhbərliyi ilə dövlətçilik tariximizdə unudulmaz səhifələr yaşanır.
O bildirib ki, döyüş bölgəsindən uzaq olan yaşayış məntəqələrimizi vəhşicəsinə raketlərlə atəşə tutan cinayətkar Ermənistana “dur” deyən yoxdur: “Belə olan halda onların heç birinin bizə və Azərbaycan Ordusuna “dur” deməyə mənəvi haqqı çatmır. İndiki tarixi günlərdə bizimlə birgə olan ayrı-ayrı dünya dövlətlərinə, xüsusi olaraq qardaş Türkiyəyə, Pakistana minnətdarlığımı bildirirəm”.
Deputat Bəhruz Məhərrəmov çıxışında beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağdakı ermənilərlə bağlı narahatlığı olduğunu diqqətə çatdırıb: “Azərbaycan çox yüksək səviyyədə onlar üçün qarant verib. Bu qarant əvvəldən Dağlıq Qarabağda yaşayan ermənilər üçündür. Sonradan burada məskunlaşdırılan ermənilər üçün deyil. Bu, beynəlxalq hüququn pozulmasıdır. Bu gün bölgədə sülhməramlı amilindən danışılır. Bəli bölgəyə sülhməramlı gəlməlidir, amma onlar Ermənistana gəlməlidir. Bu gün sülhməramlılar Azərbaycan tərəfindən məcburi köçkün olanların öz torpaqlarına qayıtdıqdan sonrakı taleyinə qarantiya verməlidir. Azərbaycan tolerant siyasətini davam etdirir. Amma Ermənistan üçün bunu demək olmur”.
Deputat Hikmət Babaoğlu isə bildirib ki, bu gün Azərbaycan parlamentinin üzvləri də diplomatik savaşın ön cəbhənin əsgərləridir.
O deyib ki, TBMM sədrinin bugünkü çıxışı Azərbaycan parlament tarixinin şanlı səhifəsidir/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi