Birinci vitse-prezidentin köməkçisi: "Bu, Ermənistanın terrora əl atmasına səbəb ola bilər”
19-10-2020 [17:36]
“BMT olaraq regionda humanitar vəziyyətin gərginləşməsindən çox narahatıq”.
Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai ADA Universitetində diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, mülki əhalinin ərazini tərk etməli olması, hücumlara məruz qalması bir neçə dəfə onların diqqətinə çatdırılıb: “Siz bizə deyə bilərsinizmi ölkə rəhbərliyi bu cür halların baş verməməsi üçün hansı addımlar atır?”
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev buna cavab olaraq bildirib ki, hərbi əməliyyatların Ermənistan tərəfindən başlanıldığı nəzərə alınmalıdır: “Bizim yeganə məqsədimiz Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etməkdir. Bunun üçün də Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlamalı oldu. Biz görürük ki, Ermənistan tərəfi indi də Azərbaycanın dinc şəhərlərini atəşə tutur. Azərbaycan şəhərlərinə qarşı “SKUD” raketləri, digər təhlükəli silahlar tətbiq olunur. Açığı, bu bizim üçün bir tərəfdən gözlənilən idi. Çünki biz artıq dəfələrlə şahidi olmuşuq ki, Ermənistan tərəfi cəbhə bölgəsində yerləşən və yaşayan dinc əhaliyə qarşı daim hücumlar həyata keçirir. Təbii ki, hökumət, yerli icra hakimiyyəti orqanları tərəfindən öz yaşayış yerlərini itirən və onları tərk etmək məcburiyyətində qalan insanlara müvəqqəti sığınacaqlar təklif olunur. Biz artıq beynəlxalq qurumlara da müraciət etmişik, BMT ilə də bu məsələyə dair müzakirələr aparırıq. Hazırda bütün lazımi addımlar atılır. Biz hazırda Azərbaycana bu istiqamətdə dəstəyin göstərilməsinə xüsusi ehtiyac duymuruq. Çünki Azərbaycan hökuməti dinc əhalinin yerləşdirilməsi istiqamətində bütün lazımi addımları atır”.
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov isə qeyd edib ki, burada söhbət terror təhdidindən gedir: “Bu məsələ çox ciddi qəbul edilməlidir. Çünki döyüş meydanında çətin vəziyyətə düşən düşmən tərəfi artıq ötən əsrin 70-ci, 80-ci illərdə olduğu kimi, ASALA və digər terror qurumları ilə əlaqələr qurur. Onlar xaricdə yerləşən Azərbaycanın diplomatlarına, diplomatik nümayəndəliklərinə qarşı terror aktı həyata keçirə bilər. Biz əvvəllər bunun şahidi olmuşuq. Türk diplomatlarına qarşı hücumlar həyata keçirilib. Hazırda işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan tərəfində terror qruplaşmalarının minlərlə nümayəndəsi döyüşür. Söhbət PKK, YPG terror qruplaşmalarından gedir. Biz ümidvarıq ki, Azərbaycanda yerləşən diplomatik qurumlar, nümayəndəliklər, ictimaiyyət bu məsələni ciddiyə alacaq və Azərbaycanın xaricdəki diplomatik missiyalarının təhlükəsizliyi təmin olunacaq. Biz istəməzdik ki, bundan əvvəl baş verən hadisələr təkrarlansın. Ermənistan tərəfinin çarəsizliyi və döyüş meydanında məğlub olması onların müəyyən sərt addımlarına, terrora əl atmasına səbəb ola bilər”/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi