Kənd Təsərrüfatı Nazirliyində daha iki nəfər vəzifəsini itirdi

img

15-11-2013 [15:21]


Kənd Təsərrüfatı Nazirliyində daha iki vəzifəli şəxs işdən çıxıb. Bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədovun Modern.az saytına eksklüziv açıqlamasında bildirib. Nazir bildirib ki, bunlar öz xahişləri ilə işdən çıxmaq haqda ərizə yazan Aparat rəhbəri Tofiq Hüseynov və Hüquq,kadrvə yerli orqanlarla iş şöbəsinin müdiri İlqarHəsənovdur.
"Mən heç kimi işdən kənarlaşdırmamışam. Onlar öz xahişləri ilə ərizə yazıb işdən uzaqlaşdılar”.

Qeyd edək ki, Heydər Əsədovun kənd təsərrüfatı naziri postuna gəlişindən az sonra iki nazir müavini – Aslan Aslanov və Bəhram Əliyev prezidentin sərəncamı ilə işdən çıxarılıblar. Heydər Əsədov bildirib ki, nazir müavini vəzifəsinə yeni təyinat gerçəkləşdirmək prezidentin səlahiyyətlərinə aiddir.

"Nazirin özünə müavin təyin etmək səlahiyyəti yoxdur. Bu səlahiyyət prezidentə məxsusdur. İki nazir müavini postu hələ ki boşdur. Bir müavinim var, mən də hələlik onunla işləyirəm. Aparatın rəhbəri öz xahişi ilə işdən gedib. Burada digər qurumların rəhbərləri yerindədir. Onlarla işləyirəm”-deyə Heydər Əsədov qeyd edib.

Heydər Əsədov bu il oktyabrın 22-də formalaşdırılan yeni hökumətdə kənd təsərrüfatı naziri təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA