Azərbaycandan kürd liderinə yazılan məktub, Bərzanidən pul istəyən kimdir? – FOTO SƏNƏD

img

07-11-2013 [12:39]


mekmek1

"Ronahi” Kürd Mədəniyyəti Mərkəzinin sabiq sədr müavini Namiq Nəsibov təşkilatda baş verən hadisələrlə bağlı ilkinc məlumatlarını verməkdə davam edir.

Bu dəfə o, təşkilatın İraqın Kürdüstan muxtariyyətinin prezidenti Məsud Bərzanidən maliyyə alması ilə bağlı məktub və bu maliyyənin göstərilən ünvanlara xərclənmədiyi barədə məlumat və sənəd göndərib.

Məktub kürd dilində yazılıb. Onun Azərbaycan dilinədəki variantında deyilir:

Kürdüstan Bölgəsinin Prezidenti hörmətli Məsud Bərzaniyə

Azərbaycan Respublikası "Ronahi” Kürd Mədəniyyət Mərkəzindən

Cənab prezident. Sovet hökuməti dağıldıqdan sonra Azərbaycan Respublikasında azsaylı xalqlara-necə talış, ləzgi, tatar və digərlərinə eləcə də kürdlərə rəsmi olaraq mədəniyyət mərkəzləri yaradıldı. Bu mədəniyyət mərkəzlərindən biri də Azərbaycanda yaşayan kürdlərə acılmış "Ronahi” Kürd Mədəniyyət Mərkəzi oldu. 1993-cu ildən Kürd Mədəniyyət Mərkəzinin orqanı olan "Dəngə Kürd” qəzeti yayımlandı. Bu gün də onu biz yayımlaya bilərik. Ancaq maliyqə durumumuz çox ağır olduğuna görə, cap edə bilmirik. 1990-cı ildə Kürd Əlifbası və onlarla kürd dilində kitablar cap olunmuşdur. Hər il cətin olsa da Novruz bayramı tərəfimizdən kecirilmişdir. Neçə ildir hər həftə 2 saaat Mərkəzdə kürd dilində dərs kecirilir. Azəri və kürd şair və yazıcılarla görüşlər təşkil olunub, bu da iki qardaş xalq arasında dostluq körpüsünün yaranmasına səbədir. Bundan əlavə xalqımızın adət-ənənəsini, tarixini, dilini tərənnüm edən gecələr kecirmişik. Yuxarıda sadalanan tədbirlər hər zaman inam yaradıb ki, Azərbayanda kürdcülük inkişaf etsin. Ürək ağrısı ilə bildirmək istəyirik ki, yuxarıda göstərdiyimiz önəmli işlər maliyyə cətinliyi ucbatından hazırda yerınə yetirilə bilmir. Azərbaycan kürdlərinin tamam yaddan çıxmamsı ücün, Kürdüstan bölgəsi ilə əlaqələrimizin yaranması və Azərbaycanda olan kürdləri haqqında yaranmış olayları catdırmaq və mərkəzin inkişafı üçün aşağıda sadaladığımız istəklərimizi sizdən xahiş edirik.

1) Ayda iki dəfə qəzetin capı ücün 350 dollar ( cap xərci)

2) "Dəngə Kürd” qəzetində calışan dörd adamın maaşı (baş redaktor, redaktor müavini, iki müxbir Azərbaycan dili, kürd dili ücün) 700 dollar

3) Kompüterdə yazıları yığan işciyə 200 dollar

4) Həftədə iki dəfə kürd dilində dərsin keçirlməsi ücün müəllimin aylıq maaşı 150 dollar

5) İldə 2-3 dəfə yığıncaqların keçirilməsi (görüşlər, bayramlar) 500 dollar

6) Rayon və qəsəbələrdə yaşayan kürdlərlə mərkəzin əlaqələri və görüşlərin keçirilməsi ücün ildə 2-3 dəfə 500 dollar

Cəmi : 2400 dollar

Ronahi Kürd Mədəniyyət Mərkəzinin sədri : Kamil Həsənov

Ronahi Kürd Mədəniyyət Mərkəzinin sədr müavini və Dəngə Kürd qəzetinin redaktoru: Əhməd Həpiyev

Mərkəzin bank hesabı :

N.Nəsibovun bildirdiyinə görə, əslində isə məktubda göstərilən məbləq xərclənməyib: ” Ayda iki dəfə 500 tirajla 8 səhifədə dərc olunan "Dəngə Kürd” qəzetinin xərci hər tiraj üçün 70 manat olub. İki tirajda cəmi 140 manat edir.  ”Dəngə Kürd”də calışanlar könüllü, təmənnasız calışmışlar. Kompüter yığımı ücün Ofelya Əliyevaya  isə 200 dolar deyil, ayda 75 manat adi ilə maaş təyin edilmiş və böyük əksəriyyət aylarda isə bu əməkhaqqı da ödənməmişdir. Mərkəzdə Kürd dili kursları təşkil olunmamışdır. Hec bir yığıncaq və ya görüşlər o zaman kecirilməmişdir buna cəhd də edilməmişdir. Mərkəzin bölgələrdə dayaq məntəqələrin yaratmaq fikri isə son zamanlarda belə Əhməd Həpo və Fəxrəddin Paşayev tərəfindən əngələnmişdir”.

avrasiya.net


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA