"Qalatasaray"dan "Neftçi"yə ismarıc: "Yaxşı oynayan qalib gəlsin"

img

31-08-2020 [16:18]


Türkiyənin "Qalatasaray" klubu Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşacağı "Neftçi"yə ismarıc göndərib.

Mia.az xəbər verir ki, "Aslan"ların "Twitter" hesabından Azərbaycan dilində belə paylaşım olunub: "AzərbayCAN’da görüşərik. Yaxşı oynayan qalib gəlsin".

Xatırladaq ki, "Neftçi" daha əvvəl "Twitter"də "Sizi gözləyirik, "Qalatasaray", We are waiting for you, "Qalatasaray" mesajı yayıb.

Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin oyunları sentyabrın 17-də olacaq. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA