Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi
14-08-2020 [12:50]
Ölkəmizdə elan edilmiş xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması, bu dövrdə işləməyən şəxslər və az təminatlı ailələrə ayrılmış ərzaq yardımlarının paylanmasında neqativ hallara təəssüf ki, hələ də rast gəlinməkdədir. Bu kimi hallara qarşı prokurorluq orqanlarının ardıcıl və kəsərli tədbirləri davam etdirilir. Bu çərçivədə aparılan tədbirlərdən biri kimi, Yevlax RİH başçısının Qaraməmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş Mikayıl Əsədovun rayon ərazisində yaşayan aztəminatlı ailələrə göndərilmiş ərzaq yardımlarını natamam paylaması barədə rayon prokurorluğuna daxil olmuş müraciətlər əsasında Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə mühüm zərər vurduqda) maddəsi ilə cinayət işi başlanıb.
Yevlax rayon prokurorluğundan Mia.az-a bildirilib ki, aparılmış istintaqla Mikayıl Əsədovun Qaraməmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsində işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq aztəminatlı ailələrə göndərilmiş ərzaq yardımlarını natamam şəkildə paylayaraq mənimsəməsinə, bununla da fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Avqustun 6-da Mikayıl Əsədova Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə ittiham elan edilməklə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.
13 avqust 2020-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Yevlax rayon məhkəməsinə göndərilib.
Bakıda ictimai yerdə əxlaqsız videolar çəkən şəxs həbs edilib
Dövlət İmtahan Mərkəzi məlumat yayıb
Bakıda atletlərin ölkə birinciliyi keçriiləcək
"Temu" "endirim kartları"nı blokladı
Bakıda ər-arvad dəm qazından zəhərlənib
Rusiya Kiyev və bölgələrə zərbələr endirir - Açıqlamalar
Miflər və Arxivlər: Qərbin qadın hekayəsi
Azərbaycan nefti daha bir dollar qalxdı - 72 dollardan satılır
Zelenski: "Yalnız Tramp Putini güzəştə məcbur edə bilər"
Qurban Qurbanov ağdamlılarla qohum olub - Özəl xəbər + FOTOLAR
Sabiq bələdiyyə sədri deputata yumruq atan oğlunun fotosunu kollaj etdi: "Sən bir nazirə hücuma cəhd edərsənsə.." - FOTO
Yusuf Şimşek Baş məşqçi oldu
Makrondan Avropaya xəbərdarlıq: "Çin avtoritar rejimdir, səhv etməyin, bu, onların ortaq seçimidir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Lavrov: "Bu, özlüyündə yaxşı bir şeydir"
Gəncədə qadın öz övladını xəstəxanada atıb gedib
Hərbçi dəm qazından zəhərlənərək ölüb
"Azeronline" aylıq paketi bahalaşdırıb, daha sonra isə... - "Sözündən belə çıxır ki, yemirsən cəhənnəmə ye!"
İsrail Qəzza üzrə Sülh Şurasına rəsmən üzv olub
NATO Baş katibi: "Rusiya ilə dialoqu dəstəkləyəcəm"
ZÜLFÜQARLILARIN AVTOMOBİLİ İLƏ ÖLÜM İŞİ – Ramiz Mehdiyevin qardaşı oğlu hansı qərarı verəcək?
İki özəl kanala lisenziya verildi
Baş nazirin sabiq müavinin qızı nazirliyə ofis icarəyə verib
Türkiyədə iki telekanal cəzalandırıldı - Səbəblər
PREZİDENT İLHAM ƏLİYEV MÜŞAVİRƏ KEÇİRDİ, TAPŞIRIQLAR VERDİ - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Ərdoğan DEM Partiyasının nümayəndə heyətini qəbul etdi
Türkiyə Liviyada neft və qaz axtarışına başlayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fariz Babayev yeni vəzifəyə təyinat aldı
Hospitalın rəisi vəzifədən azad edilib - Zakir Həsənov polkovnikə yeni vəzifə verdi
Dövlət Statistika Komitəsinin sədri kollektivə təqdim olunub - Xalid Əhədov tərəfindən
Prezident İlham Əliyev fərman imzaladı - Qrantla bağlı
Deputatın oğlu 14 minlik tenderin qalibi olub
Pezeşkian: "Etirazı bir nemət kimi görürük, amma..." - "Heç bir əsl iranlı məscidi yandırmaz"
İsrail ordusu Livanın cənubunu bombalayıb