Millətlər Liqası: Azərbaycan millisi Monteneqro ilə bu tarixdə meydana çıxacaq

img

10-08-2020 [10:00]


Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibi Monteneqronun ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib. 

Mia.az xəbər verir ki, Faruk Hacibeqiçin baş məşqçi olduğu komanda oktyabrın 10-da Azərbaycan yığmasını "Podgorica City Stadium"da qəbul edəcək. 

Qeyd edək ki, Canni De Byazinin baş məşqçi olduğu Azərbaycan yığması Millətlər Liqasındakı ilk matçını sentyabrın 5-də Bakı Olimpiya Stadionunda Lüksemburqa qarşı keçirəcək. Komanda C Liqasının 1-ci qrupunda Kipr yığması ilə də qarşılaşacaq. Monteneqronun turnirdəki ilk iki matçı səfərdə olacaq. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA