Milli Şuranın mitinqi (Yenilənir, FOTO-VIDEO)

img

27-10-2013 [16:10]


HBJHgvkhjgvb
Bu dəqiqələrdə Milli Şuranın mitinqinə texniki hazırlıq gedir. Fədakar gənc fəallar mitinqin yüksək səviyyədə təşkili üçün yağmurlu havaya baxmayaraq hazırlıqları davam etdirirlər. Mitinqin keçiriləcəyi "Məhsul” stadionu polis tərəfindən mühafizə olunur. Aksiya iştirakçıları bir-bir yoxlanılıb stadiona buraxılır. Müxbirimiz Emil Salamoğlu bildirir ki, xanım aksiyaçıları qadın polislər yoxlayıb meydana buraxırlar. Havanın yağışlı olmasına rəğmən mitinqə gələnlərin sayı durmadan artır.

* * * *

Bu gün saat 16.00-da Milli Şuranın 9 oktyabr prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasına etiraz mitinqi keçiriləcək. Musavat.com-un mitinqin keçiriləcəyi "Məhsul” stadionunda olan əməkdaşının verdiyi məlumata görə, güclü yağış yağır. Buna baxmayaraq, iştirakçılar meydana toplaşırlar. Bu ana qədər meydanda 1000-ə yaxın adam var.

Stadionda elektrik enerjisi kəsilib.














Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA