Həbib kanadalı döyüşçü ilə 2021-ci ilin aprelində qarşılaşacaq

img

29-07-2020 [16:31]


Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun Jorj Sen-Pyerlə döyüşünün vaxtı müəyyənləşib.

Bu barədə 32 yaşlı idmançı sosial şəbəkə hesabında məlumat paylaşıb.

O bildirib ki, kanadalı döyüşçü ilə 2021-ci ilin aprelində qarşılaşacaq.

İndiyədək 28 döyüş keçirən Nurməhəmmədov 30 görüşdən sonra karyerasını başa vuracağını deyib. Bu mənada, Sen-Pyerlə qarşılaşma onun üçün sonuncu ola bilər.

Qeyd edək ki, Həbibin növbəti rəqibi isə müvəqqəti çempion Castin Geyci olacaq. Onlar arasındakı görüş oktyabrın 24-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə UFC 254 turniri zamanı gerçəkləşəcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA