Yurgen Klopp: "Ferqyusonla yemək yemək Roma Papası ilə tanış olmaq kimidir"

img

28-07-2020 [13:14]


İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Yurgen Klopp "Mançester Yunayted"in əfsanəsi Ser Aleks Ferqyusonla görüşündən danışıb.

Məlumata görə, almaniyalı mütəxəssis Britaniya mətbuatına açıqlamasında həmkarını təyifləyib.

Klopp Ferqyusonu Roma Papasına bənzədib: "O, tanış olduğum ilk britaniyalı mütəxəssisdir. Birlikdə səhər yeməyi yedik. Özünün bunu nə dərəcədə xatırlayacağını bilmirəm, amma mənim yadımdadır. Ferqyusonla yemək yemək Roma Papası ilə tanış olmaq kimidir. "Liverpul"un baş məşqçisi olaraq bunu bəlkə də deməməliyəm. Amma ona heyranam".

Qeyd edək ki, "Liverpul" Yurgen Kloppun başçılığı altında 30 ildən sonra çempionluq sevinci yaşayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA