Çempionlar Liqasında yeni mövsümün ilk püşkü atılıb

img

17-07-2020 [14:14]


UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünün ilkin mərhələsinin püşkü atılıb. 

Mia.az xəbər verir ki, püşkatmada UEFA reytinqində ən aşağı pillələrdə olan 4 ölkənin - Şimali İrlandiya, Kosovo, Andorra və San Marinonun çempionları iştirak edib. 

San Marino çempionu - Şimali İrlandiya çempionu 

Kosova çempionu - Andorra çempionu 

Avrokuboklar üçün klubların yekun siyahısı avqustun 3-də təsdiqlənəcək. Bu səbəbdən, püşkatmada ölkələrin adları yer alıb.  

Qeyd edək ki, ilkin mərhələnin yarımfinal matçları avqustun 8-də, final isə 3 gün sonra neytral meydanda olacaq. Turnirin qalibi 18-19 avqustda keçiriləcək Çempionlar Liqasının I təsnifat mərhələsinə vəsiqə qazanacaq. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA