Millimizin futbolçusu ABŞ çempionatında fərqləndi

img

17-07-2020 [12:23]


Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ-ın "Finiks Rayzinq" komandası USL çempionatında III turun matçına çıxıb. 

"Report"un məlumatına görə, Rik Şantsın baş məşqçi olduğu komanda səfərdə "Oranj Kaunti" ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yükunlaşıb. 

29 yaşlı hücumçu matça start heyətdə başlayıb və 86-cı dəqiqədə əvəzlənib. Dadaşov 64-cü dəqiqədə hesabı açan Junior Flemminqsə məhsuldar ötürmə verib. 

"Finiks Rayzinq" bu nəticədən sonra B qrupunda 7-ci xalını qazanıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA