“Bu sualın bircə cavabı var” – Elməddin Dadaşov (MÜSAHİBƏ)
06-07-2020 [21:12]
Dünyanı bürüyən koronavirus pandemiyası bütün sahələrə, o cümlədən də mədəniyyətə ciddi ziyan vurmaqdadır. Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da teatrlar, konsert zallar fəaliyyətini müvəqqəti dayandırmalı olub.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrın istedadlı rejissoru və aktyoru Elməddin Dadaşovla Mia.az-ın əməkdaşının söhbəti də məhz belə çətin bir zamana təsadüf etdi.
Tanış olaq:
Elməddin Həmzə oğlu Dadaşov 29 avqust 1984-cü ildə Bakı şəhərində anadan olub. 2004-08-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Rejissor sənəti» fakültəsində «Dram rejissoru» ixtisası üzrə təhsil alıb.
Tələbəlik illərindən 2005-ci ildən Dövlət Akademik Musiqili Teatrında çalışıb, əvvəlcə «Səhnə maşinisti», sonra isə rejissor assistenti olub. Bəzi tamaşalarda aktyor kimi də müxtəlif rollar oynayıb. Afaq Bəşirqızı, İlham Namiq Kamal, Ofelya Aslan, Elçin Həmidov, Xanım Qafarova, Fatma Mahmudova kimi sənətkarlarla tərəf-müqabil olub.
- Ölkədə karantin rejimi tətbiq edildyindən teatrların fəaliyyətində məcburi fasilə yaranıb. Birinci dəfədir ki, belə bir vəziyyətlə rastlaşırsınız, yəqin ki, uyğunlaşa bilmirsiniz...
- Tam səmimi deyim ki, böyük faciədi. Düz 16 ildir Azərbaycan Dövlət Akademik Musiqili Teatrda çalışıram və bu illər ərzində ilk dəfədir bu qədər evdə oturmuşam. Teatrda çalışan insanlar bilirlər ki, hər bazar ertəsi teatrlarda iş günü deyil, onda belə bəzən evdə oturmurduq, teatra gedib yarımçıq qalan işləri görürdüm. Teatrda çalışan hər bir insan kimi mənə də səhnədən ayrı qalmaq çətindir. Doğru deyirsiniz, birinci dəfədir ki, belə bir halla rastlaşıram. Amma mən həm də bu ölkənin vətəndaşıyam, dövlətin həyata keçirdiyi sərt tədbirlərə, qadağalara əməl etməliyəm. Hər kəs bilməlidir ki, bu addımlar insanları koronavirus bəlasından qorumaq, pandemiyanın fəsadlarını aradan qaldırmaq üçündür. Hər birimiz rəsmi qurumların tələblərinə ciddi əməl etsək, həm özümüzü, həm də yaxınlarımızı xilas edərik. Həyatımızın əvvəlki ritmə,axara qayıtmasını istəyən hər vətəndaş bu gün məsuliyyətli olmalıdır. İnanıram ki, birlikdə bu bəladan xilas ola biləcəyik.
Şəxsən mən karantin dövründən səmərli istifadə etməyə çalışıram. Yarımçıq qalan işlərimi tamamlayıram. Unudulmaz müəllimim, görkəmli rejissor və pedaqoq Vaqif İbrahimoğlu həmişə bizi öyrənməyə, ciddi araşdırmalar aparmağa sövq edirdi. Mən də teatr sahəsi ilə bağlı bir neçə mövzu ətrafında araşdırmalar aparıram, kitab üzərində işləyirəm. Məcburi fasilədən istifadə edib ailəm, iki övladımla daha çox vaxt keçirirəm.
- Teatrının daimi tamaşaçıları Elməddin Dadaşovu bəzən aktyor kimi səhnədə görür, bəzən rejissor kimi quruluş verdiyiniz səhnə əsərlərinə baxır. Sizin üçün bunlardan hansı daha doğmadır?
- Bizim sənətdə gözəl bir deyim var- güclü rejissor həm də güclü aktyor olmalıdır. Aktyorun keçirdiyi hissləri, duyğuları hiss etməli, bu duğuları yaşamağı bacarmalıdır. Şəxsən mənim üçün incəsənətin, xüsusi ilə teatrın bütün sahələri doğmadır. Aktyorluğu bir başqa cür, rejissorluğu da tamam başqa cür sevirəm. Çalışdığım hər bir rejissordan nələrsə öyrənməyə çalışıram. Öyrəndiklərim aktyor kimi rol oynayanda və yaxud rejissor kimi tamaşa hazırlayanda köməyimə gəlir. Cənnət Səlimova, Bəhram Osmanov, Mehriban Ələkbərzadə, İradə Gözəlova, və digər tanınmış rejossorlarla çalışmışam, bəzilərinin asisstenti olmuşam, bəzilərinin quruluş verdiyi səhnə əsərlərində rol oynamışam. Bayaq dediyim kimi, istəmişəm ki, onlardan öyrənim, nələrisə götürüm. Fərq etmir tamaşaçı səni aktyor olaraq səhnədə görür, yoxsa quruluş verdiyin tamaşaya baxır, əsas məsələ sənin gördüyün işin uğurlu, dolğun olmasıdır, məsuliyyətli və yaradıcı yanaşmandır.
- Söhbət zamanı böyük sənətkar Vaqif İbrahimoğlunun adını çəkdiniz. Belə bir pedaqoqun tələbəsi olduğunuz o illəri necə xatırlayırsınız?

- Özümü xoşbəxt insan sayıram ki, Vaqif İbrahimoğludan dərs almaq, ünsiyyət qurmaq, onun qarşısında dəfələrlə imtahan vermək imkanı qazanmışam. Vaqif müəllim dünya mədəniyyətini, incəsənətini gözəl bilirdi və bildiklərini tələbələrinə öyrətməyi xoşlayırdı. Hər pedaqoq bunu bacarmır. Məhz buna görə də tələbələri bu gözəl insanı daim ehtiramla yad edir. Vaqif İbrahimoğlunun yoxluğu incəsənətimiz üçün böyük itkidir.
Sevinirəm ki, ustadımın bir zamanlar çalışdığı sənət ocağındayam, bu kollektivin bir üzvüyəm. Bu gün doğma teatrımda nə uğur qazanmışamsa minnətdar olduğum bir neçə şəxs var, onlardan birincisi məhz Vaqif İbrahimoğludur. O, tələbələri ilə saatlarla, bəzən səhərdən axşama qədər yorulmadan məşq edirdi. Çox gözəl, bir daha ələ düşməyəcək günlər idi...
Fürsət düşmüşkən digər müəllimlərimi də xatırlamat istərdim. Görkəmli sənətşünaslar Fazil Rəhmanzadə, Məryəm Əlizadə,İlham Rəhimli, rejissorlar Cənnət Səlimova, Bəhram Osmanov. Mən Bəhram müəllimlə iki tamaşada işləmişəm və onun aktyorlarla işindən böyük zövq almışam, çox şeylər öyrənmişəm. Xalq aristi Pərviz Məmmədrzayev mənə dərs deməsə də onun dərslərində oturub özüm üçün qeydlər aparmışam.Bayaq adını çəkdiyim pedaqoqları özümün mənəvi müəllimləri hesab edirəm.
- Sizinlə əvvəlki söhbətlərimizi xatırlayıram, kloun olmaq ən böyük arzularınızdan biri idi. Niyə məhz kloun?

- Uşaqlıqdan bu arzuda olmuşam, çünki sirk tamaşalarını sevirdim. Böyüdükcə də bu sahəyə marağım azalmırdı, SSRİ xalq artistləri Yuri Nikulinin, Mixail Nikolayeviç Rumyantsevin- məşhur kloun Karandaşın yaradıcılığını izləyirdim, onlar haqqında kitablar oxuyur, sənədli filmlərə baxırdım. Bu gün də Bakı Dövlət Sirkinin yeni proqramlarına gedib tamaşa edirəm, uşalarımı da aparıram. Bəziləri kloun sənətinə qeyri-ciddi bir iş kimi baxır, amma belələri başa düşmür ki, hər adam kloun ola bilməz, bu sənət böyük istedad tələb edir.
İllər ötsə də kloun olmaq arzumu hələ də qəlbimdə saxlayıram. Müəyyən dövrdən sonra yəqin ki, istəyimi reallaşdıra biləcəm, özümə qeyri-adi 3 libasdan ibarət geyim hazırlayıb “Kloun Karandaş” adlı ilə fəaliyyətə başladım. Amma təəssüf ki, Moskvadan fərqli olaraq Azərbaycanda peşəkar kloun sənəti yoxdur. Hər kəs bu sənəti qeyri-peşəkarlığa yönəldir və kloun sənətinin belə bir vəziyyətə düşməsi üçün təəssüf edirəm.
- İki oğulunuzdan biri “Mən aktyor olacam” desə razı olarsınızmı?
- Bu sualın bircə və çox qısa cavabı var - yox.
- Artıq növbəti teatr mövsümünün sonuna gəlib çatırıq. Bu ilki mövsüm sizin yaddaşınızda necə qaldı?
- Doğrudur artıq 147-ci teatr mövsümünü başa vurmağa saylı günlər qalıb, təəssüflər olsun ki, pandemiya üzündən mövsümü ürəyimiz istədiyimiz, planlaşdırdığımız kimi yekunlaşdıra bilmədik. Mövsümün əvvəlində teatrımızda maraqlı premyeralar oldu, bir neçə yeni səhnə əsərlərininn məşqlərinə başladıq. Teatrımızın rəhbəri Əliqismət Lalayevin rəhbərliyi altında bir-birindən uğurlu lahiyələrə start verdik. Məlum səbəblər üzündə işimizə fasilə verməli olduq. İnanıram ki, yeni mövsüm hər birimiz üçün düşərli olacaq. Həmin xoş günlərə tez və sağlam çatmaq üçün özümüzü, yaxınlarımızı qoruyaq.
Söhbətləşdi: Turan Etibaroğlu
Mia.az
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı