Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
03-07-2020 [00:05]
Qoç - günün ilk yarısından etibarən məhsuldar işləməyə çalışın. Mürəkkəb, birmənalı olmayan işlərin öhdəsindən gələ bilərsiniz. İşdə rəhbərliklə təmaslarda, həmkarlarınızda münasibətlərdə sayıq olun.
Kobudluq etməyin.
Günün ikinci yarısında şəxsi münasibətlərdə yarana biləcək anlaşılmazlığı aradan qaldırın. Sevdiyiniz insanın tələblərini nəzərə alın. Laqeyd insan təsiri bağışlamayın.
Axşam saatlarını özünüzə həsr edin.
Buğa - bol şanslar və imkanlar vəd edən gündür. İntuisiyanızı işə salın. Cari işlərin və rutin məsələlərin öhdəsindən gəlmək üçün bir qədər qətiyyətli olmalısınız. İradəli və ötkəm olun. İşlərinizə kənar müdaxilələrə imkan verməyin.
Günün ikinci yarısında çalışdığınız kollektivdə, işlədiyiniz məkanda münasibətlərin harmonik olmasına can atın. Dəyər verdiyiniz insanla ünsiyyətinizdə çətinliklər, soyuqlaşma yarana bilər. Problemləri danışıqlarla həll etməyin tərəfdarı olun.
Əkizlər - hadisələrin axarı və proseslər əhvalınıza da təsir edəcək. Həllini gözləyən məişət problemləri var. Maliyyə öhdəliklərinizi unutmayın. İşdə və münasibətlərdə soyuqqanlı olun.
Günün ikinci yarısında əsas məqsədi seçərək ona doğru dayanmadan irəliləyin. Saatlar keçdikcə emosional fon qaydasına düşəcək. Əhvalınız yaxşılaşacaq.
Axşam saatlarında qohumlarınızdan və dostlarınızdan xoş xəbərlər alacaqsınız.
Xərçəng - yaxın ətrafınızdakı insanların maraqlarının sizin mənafelərinizlə ziddiyyət təşkil edəcəyinə hazır olun. Fəaliyyətinizdə qarşı tərəfin istəklərini də nəzərə alın. Eqoizm işlərin ziyanınadır.
Günün ikinci yarısında vahid layihə çərçivəsində öz maraqlarınızı qoruyun. Sadəlövh olmayın. Təklifləri ciddi şəkildə dəyərləndirmədən qərar verməyin. Tanımadığınız insanların "məsləhət"lərinə əsla inanmayın.
Axşam saatlarını sevdiyiniz insanla birgə istirahətə həsr edin.
Şir - günün ilk yarısından etibarən intensiv işləməli olacaqsınız. Bununla belə, qüvvənizini və imkanlarınızı olduğundan artıq sayaraq həllini bacarmayacağınız problemin çözümünü vəd etməyin. İfrat intellektual və fiziki yük səhhətinizdə problemlər yarada bilər.
Günün ikinci yarısında boş vədlərə aldanmayın. Dostlardan birindən yaxşı xəbər alacaqsınız. Tələskənliyə yol verməyin, iradəli olun. Bəzi məsələlərdə inandığınız insanların dediklərinə qulaq asaraq davranmaq daha yaxşıdır.
Axşam saatlarını sevdiyiniz məşğuliyyətə həsr edin.
Qız - günün ilk yarısından bütün işləri planlaşdırmağa çalışmayın. Proseslərin məcrası gözləntilərinizi alt-üst edə bilər. Çətin vəziyyət sizi ruhdan salmamalıdır. Əhvalınızda stabillik yoxdur.
Günün ikinci yarısında aqressiv davranmayın. İşdəki problem barədə rəhbərliyə məlumat verməzdən əvvəl şəraitin təfsilatları haqqında informasiya toplayın. Rəsmi qurumlara müraciət üçün əlverişli zaman deyil.
Axşam saatlarında köhnə dostla görüş, qonağın gəlişi istisna deyil.
Tərəzi - ailə və məişət qayğılarının öhdəsindən asanlıqla gələ bilərsiniz. Fəaliyyət arealında qayda yaradın. Planlarınızı nizamlayın. İdefikslərə aldanmayın, illüziyaları həqiqət saymayın. Təmir və köçə başlamaq fikriniz varsa, daha münasib zamanı gözləyin.
Günün ikinci yarısında sizdən pullu və güclü insanla mübahisə etməyin. Daha ustalıqla, fəndgir şəkildə qisas almaq olar. Maliyyə məsələlərində yüz ölçüb, bir biçin. Yaxınlarınızla təmaslar əhvalınızı yaxşılaşdıracaq, müsbət emosiyalar bəxş edəcək.
Əqrəb - günün ilk yarısında planları dəqiqləşdirəndən sonra fəaliyyətə başlayın. İşləriniz arasında ən maraqlısını seçərək onu prioritetə çevirin. Vəzifə səlahiyyətlərinin icrası ifrat çətinliklər yaratmayacaq.
Günün ikinci yarısında ənənəvi, adət etdiyiniz sxemlərin çərçivəsindən kənara çıxmayın. Müzakirələrdə, danışıqlarda - ümumiyyətlə, ünsiyyətdə ikiüzlülük etməyin. Belədə sizi anlayacaq, sayğı bəsləyəcəklər.
Oxatan - praktik olun. Praqmat davranın. Pulunuza qənaət edin. "Qara gün" üçün yığdığınız pulları mənasız işlərə, gərəksiz əşyaların alınmasına sərf etməyin. Sabahı düşünün, çünki maliyyə stabilliyi hər an pozula bilər.
Günün ikinci yarısında təhlükəsizliyinizi və əmlakınızın mühafizəsini təmin edin.
Qidada sağlam rasionu unutmayın. İzafilikdən, ifratdan uzaq olun. Axşam saatlarında dostlarla maraqlı və yaddaqalan görüş, sevdiyiniz insanla təmas ola bilər.
Oğlaq - günün ilk yarısı ən əlverişli zamandır. Tapşırıqları vaxtında yerinə yetirin. Öhdəliklərin reallaşdırılmasını gecikdirməyin. Başqalarının sürəkli məsləhətlərini qulaqardına vuraraq fəal çalışın.
Günün ikinci yarısında yeni layihənin icrasına başlayanda ilk addımlarınızı korrektə edin. Maliyyə problemlərinin həll variantını yəqinləşdirmədən irəliləmək asan deyil.
Axşam saatları üçün məşğuliyyəti seçərkən mövcud vəziyyəti nəzərə alın.
Dolça - huşsuzluq etməyin. Qüvvənizə və potensialınıza qənaət edin. Emosional davranaraq hisslərin əsiri olmayın. Məntiqli addımlar atıb, düşünülmüş qərarlar verin.
Günün ikinci yarısında şəxsi münasibətlərdəki problemləri çözün. İşlərinizi başqalarına həvalə etmək çıxış yolu deyil.
Dəyər verdiyiniz insanla təmasları intensivləşdirmək üçün aktiv olun. Təşəbbüsləriniz gərəkli nəticələr verəcək.
Balıqlar - faydalı əlaqələrin sayını və çeşidini artırın. Nüfuzlu insanların dəstəyindən operativ şəkildə yararlanın. Qarışıq vəziyyətdə köməyə ehtiyacınız olacaq.
İndiyədək dəfələrlə sınaqdan çıxmış metodlarla sadə, amma etibarlı vasitələr günün ikinci yarısında daha effektivdir. Yeni yolların aranmasını ertələyin.
Axşam saatlarını ailənizlə keçirin. Yaxınlarınızı sevindirin.
Milli.Az
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı