Üçqat dünya çempionu qayıqla okeanda batdı

img

25-06-2020 [14:50]


ABŞ-ın paralimpiyaçı avarçəkəni Anjela Medsen dünyasını dəyişib. 

"Report" "The Guardian"a istinadən xəbər verir ki, idmançı təkbaşına Sakit okeanı qayıqla keçməyə çalışıb. Sahil mühafizəçisi onu ölü halda aşkarlayıb. Həmin vaxt idmançının bədəni qayığa bağlı vəziyyətdə olub.  

O, Sakit Okeanı keçən ilk qadın paralimpiyaçı olaraq, rekord müəyyənləşdirmək istəyib. Medsen bunu bacarsaydı, ən yaşlı qadın kimi nəticə göstərmiş olacaqdı. 

Qeyd edək ki, Anjela Medsen paralimpiyaçılar arasında üçqat dünya çempionudur. Tanınmış idmançı nüvə itələmə növündə də çıxış edib və 2012-ci il London Yay Paralimpiya Oyunlarının bürünc mükafatçısı olub. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA